Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Müasir Müsavat Partiyasında inqilab söhbətləri

  Sayta qoyulub: 15:42 23.01.2012 (83 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Müsavat Partiyasında inqilab söhbətləri

Bu gün Müasir Müsavat Partiyasında İdarə Heyətinin də iştirakı ilə MMP Qadınlar Şurasının və Gənclər təşkilatının geniş tərkibdə toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, partiyanın son bir ildə fəaliyyəti əsas müzakirə obyekti olub. Sonra isə bəzi ölkələrdə keçən ildən başlayan və hələ də davam edən, sonda xalqın qələbəsi ilə bitən üsyanlar geniş müzakirə edilib. Elə bu günkü toplantının əsas səbəbinin də yaxın-uzaq dövlətlərdə baş verən bu hadisələrin narahatçılığından irəli gəldiyini qeyd edən partiya rəhbərliyi hal-hazırda Azərbaycanda elə ciddi bir durum müşahidə edilmədiyini əlavə edib.

Müzakirələr zamanı hələlik KİV –lər vasitəsi ilə müxtəlif mesajlar verən ayrı-ayrı siyasi qurumlar və siyasi xadimlərin fəallaşmasına toxunan toplantı iştirakçıları ölkədə baş verəcək hər hansı duruma qarşı hazırlıqlı olmağın vacibliyindən danışıblar. Deyilənlərin ciddiyyətini nəzərə alan MMP rəhbərliyi toplantıda iştirak edən Qadınlar və Gənclər Təşkilatının üzvlərinə ayrı ayrılıqda tapşırıqlar verib.

Qeyd edək ki, verilən tapşırıqların bəziləri məxfi saxlanılır. MMP mətbuat xidmətinə partiya rəhbərliyindən daxil olan məlumatda yalnız o bildirilib ki, toplantı iştirakçılarına xalq arasında təbliğat və təşviqat işinin aparılması, həmçinin gedən proseslərin düzgün siyasi qiymətini vermək üçün ictimaiyyət arasında maarifləndirmə işinin qurulması tapşırılıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829