Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Icra başçısının müavini Ümid Partiyasının toplantısını pozub

  Sayta qoyulub: 14:10 23.01.2012 (57 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Icra başçısının müavini Ümid Partiyasının toplantısını pozub

Ümid Partiyasının Saatlı rayon təşkilatının təsis konfransının keçirilməsi məqsədilə təşkil olunmuş toplantı yarımçıq qalıb. Buna səbəb rayonun icra hakimiyyəti orqanlarının və polisin qapalı şəraitdə keçirilən iclası zor tətbiq etməsiylə dağıtması olub.

Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, Saatlı şəhərinin mərkəzində, «Xan bağı» restoranında keçirilməsi planlaşıdırlan toplantıda Ümid Partiyasının rayon təşkilatının üzvlərinin toplaşmasına icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Rahim Salahov mane olub. İclasın keçirilməsi üçün aparılan hazırlıq işləri yekunlaşmaq üzrə olduğu və konfrans işinə başlamağa hazırlaşdığı bir vaxtda icra başçısının müavini iclas otağına daxil olub. R.Salahov əvvəlcə özünü təqdim etmədən içəri daxil olub və bildirib ki, toplantı icazəsizdir və dərhal dağılışmalısınız. Konfransda nümayəndə kimi iştirak edən partiya sədrinin təşkilat məsələləri üzrə müavini Rəfail Tağızadə müavinə bildirib ki, konfransın keçirilməsiylə bağlı icra hakimiyyətinə rəsmi qaydada məlumat verilib. Bundan başqa konfrans qapalı şəraitdə keçirildiyindən bununla bağlı olaraq hər hansı bir icazənin alınmasına ehtiyac yoxdur. Eyni zamanda konfransda nümayəndə kimi iştirak edən Ümid Partiyası iqtisadi siyasət komissiyasının sədri Razi Abasbəyli də müavinə məlumat verərək iclasın qanunsuz olmadığını bildirsə də, az sonra restorana 30-a yaxın polis gəlib. Polislər əvvəlcə nə baş verdiyini, onların müavin tərəfindən niyə dəvət edildiyini anlamasalar da, sonradan onlar konfrans nümayəndələrindən ərazini dərhal tərk etmələrini tələb ediblər. Konfrans nümayəndələri israr etdikdə isə icra başçısının müavini Rahim Salahov hər kəsin gözləri önündə «Xan bağı» restoranına Sanitar Epidimialogiya Stansiyasının əməkdaşlarının dəvət edilməsini və obyekti bağlamalarını tələb edib. Toplantı iştirakçıları zorla küçəyə çıxarılıb. Bundan sonra isə təsis konfransının ertələnməsi ilə bağlı qərar qəbul olunub.
Bütün bu baş verənlərlə bağlı olaraq Ümid Partiyasının Rəyasət Heyəti təkrar olaraq Saatlı rayon konfransının keçirilməsiylə bağlı qərar qəbul edib. Qərara əsasən yaxın iki həftə ərzində konfransın keçirilməsi ilə bağlı vaxt təyin ediləcək və bununla bağlı olaraq icra hakimiyyətinə rəsmi məktubla təkrar olaraq müraciət olunacaq.

Qeyd edək ki, şənbə günündən etibarən icra hakimiyyətinin göstərişi ilə bağlanan restoran hələ də fəaliyyətini bərpa etməyib. Ümid Partiyası ilə heç bir bağlantısı olmayan, sırf təsadüf nəticəsində iclasın keçirilməsi üçün seçilmiş ünvanın hakimiyyət dairələrinin qəzəbinə tuş gələrək qapadılması isə anlaşılmaz olaraq qalmaqdadır.
Hadisələrin inkişafı ilə balı məlumat veriləcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829