Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : BAXCP: “Azərbaycan beynəlxalq birlikdən dəstək istəməlidir”

  Sayta qoyulub: 13:16 23.01.2012 (50 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP: “Azərbaycan beynəlxalq birlikdən dəstək istəməlidir”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşü ilə bağlı olub.

BAXCP İdarə Heyətinin bu görüşdən hər hansı bir nəticə gözləmir. Danışıqlar prosesində irəliləyişə nail olmaq üçün Azərbaycanın hazırda əlavə təzyiq imkanlarına malik olmadığını vurğulayan BAXCP İdarə Heyəti Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə həyata keçirilən Soçi görüşünü növbəti görüşlərdən biri kimi dəyərləndirib.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan digər məsələ isə İranın Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi təxribat xarakterli addımlarla bağlı olub. BAXCP İdarə Heyəti İranın getdikcə daha da intensivləşən anti-Azərbaycan kampaniyasının mahiyyətinə toxunub: “Tehran rejimi ABŞ-ın İranın hərbi-strateji obyektlərinə zərbə endirə biləcəyinin fərqindədir. Bunun qarşılığında isə ABŞ-a qarşı İranın birbaşa hər hansı bir hərbi təhlükə yaratmaq imkanı yoxdur. Təsadüfi deyil ki, rəsmi Tehran bir neçə müddət öncə İrana hərbi müdaxilə olunacağı təqdirdə ABŞ-ın bölgədəki maraqlarına zərbə vura biləcəyini bəyan etmişdi. İndiki halda İranın Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi təxribatların və anti-Azərbaycan kampaniyasının da əsasında bu bəyanatdan qaynaqlanan maraqlar dayanır. İran rejimi gələcəkdə Azərbaycanın neft, qaz boru kəmərlərinə və yataqlarına qarşı törədə biləcəyi təxribatlar üçün indidən münbit şərait formalaşdırmağa səy göstərir”.

BAXCP İdarə Heyəti hesab edir ki, Tehran rejimi ölkəmiz əleyhinə total təbliğat kampaniyası aparmaqla Azərbaycan Respublikasını öz vətəndaşlarının gözündən salmağa, həyata keçirdiyi və keçirə biləcəyi ehtimal olunan təxribatlara haqq qazandırmağa çalışır: “İranın xüsusi xidmət orqanlarının ölkəmizdə törətmək istədiyi terror aksiyasının qarşısının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən alınması faktı sübuta yetirir ki, fars-molla rejimi Azərbaycanda milli-dini zəmində qarşıdurma yaratmaq üçün destruktiv fəaliyyətini gücləndirmək niyyətindədir. Azərbaycan yaranmış vəziyyəti ölkənin milli təhlükəsizliyinə ciddi təhdid kimi qəbul etməli, neft, qaz kəmərlərinin və yataqlarının qorunması üçün beynəlxalq birlikdən dəstək istəməlidir. İranın uzağa hesablanmış siyasəti ifşa olunmalı, ölkəmizin təhlükəsizliyinə təhdid yarada biləcək bütün çağırışlar nəzərə alınmalıdır”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829