Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Taleh Şahsuvarlı : Rafiq Əliyevin ORTAya çıxması

  Sayta qoyulub: 17:50 20.01.2012 (492 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə media quruluşları tərəfindən "İlin adam"ı seçilən akademik Rafiq Əliyev "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə üzərinə diqqət cəmlənməsi vacib olan bir söz işlətmişdi.
Eynən belə demişdi: "Çox əfsuslar olsun ki, bəzi iqtidar adamları bizi ortadan itələmək istəyirlər".
Rafiq Əliyevin kafedradan, elmi mühitdən sıyrılıb "İlin adamı"na çevrilməsinin əhəmiyyəti bir akademikin özündə hakimiyyətin ünvanına sərt sözlər deməyə cəsarət tapması deyil.
Azərbaycan ictimai fikri hakimiyyətin tənqidi sarıdan heç zaman qıtlıq çəkməyib.
Onlarla jurnalist, şair-yazıçı, elm adamı, partiya funksioneri və siyasi liderlər istər mərhum Heydər Əliyevin, istərsə də indiki prezident İlham Əliyevin əleyhinə kifayət qədər kəskin çıxışlar ediblər.
Müsavat başqanı İsa Qəmbərin 1993-cü ildə, "Gəncə hadisələri" müzakirə olunarkən Heydər Əliyevin "tənqidolunmaz" obarzını dağıdandan sonra rəy Azərbaycanda hətta cazibədar olmadığı zamanlarda belə mövcud və kəskin olub.
Və bu tendensiya Azərbaycan ictimai rəyinə hər nə qədər hakim olsa da, Heydər Əliyevin ölkədə azad və ədalətli seçkilər keçirməyə risq etməsinə imkan verməyib.
İlham Əliyev hakimiyyəti əldə saxlamaqla ciddi siyasi liderə çevriləcəyinə və dövlət başçısı kimi yetki müddətini başa vura biləcəyinə edilən şübhələri sıradan çıxarmağı bacarsa da, onun üçün işləyən "yalan maşını" kəskin əks fikri həm də daha cazibədar edib.
2010-cu ilin parlament seçkiləri, əslində, İlham Əliyevə öz administrativ və təbliğati resurslarına baxış keçirməsi üçün əla imkanlar yaratmışdı və kifayət qədər qısaldılmış dörd dəqiqə ərzində hakimiyyətin hətta adlı-sanlı namizədlərinin rəqiblərinə niyə, nədə uduzduqlarını təftiş etməklə 2013-cü ilə qədər ölkədə dəyişiklik etməyə qərar ver bilərdi.
Amma çox təəssüflər olsun ki, real addımlar atılmaq əvəzinə, "yumurta müşavirəsi" keçirildi və hətta siyasətdən texnoloq səviyyəsində baş çıxarmayan adamlara da belə müşavirələrin ölkədəki iqtisadi münasibətləri dəyişməyəcəyi bəllidir.
Bəli, ölkədəki dəyişikliklər parlament seçkilərindən başlamaya bilərdi, amma parlament seçkilərində heç bir müxalif liderə mandat verməyəcək qədər ötkəm olan iqtidar kiçik və orta sahibkarlığı sərbəst buraxmağa da özündə güc tapmalı, bütün anti-korrupsiya siyasətini də bu qərara uyğun olaraq müəyyən etməli idi. Azərbaycan neft büdcəsinin hesabına hər nə qədər regionun lider dövləti elan edilsə də, kiçik və orta sahibkarlığın sərbəstliyinə görə Gürcüstandan da, Ermənistandan da geridə qalır.
Hətta, Ermənistanda "konstruktiv müxalifət" rolu oynaya biləcək adamlar hakimiyyətdə təmsil olunsalar da, bizim hakimiyyət Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Fazil Mustafa kimi prezidenti dolayı şəkildə dəstəkləyən və açıq şəkildə də dəstəkləməyə hazır olan partiya sədrlərinə deputat mandatından başqa nəsə verməyi ağlından keçirmir. Həmin fiqurlar isə bu və digər problemlərin həllində iqtidara da, ayrı-ayrı fərdlərə də yardım edə bilsələr də, bütövlükdə cəmiyyətin ehtiyac duyduğu mərkəzçi mövqedə uğur qazana bilmirlər.
Amma təbiət kimi, cəmiyyət də boşluğu sevmir və Rafiq Əliyevin timsalında kifayət qədər böyük elmi və mənəvi potensiala malik bir adamın sözün hər iki mənasında ORTAYA ÇIXMASI labüd idi.
Rafiq Əliyevin və onun təmsil etdiyi ziyalıların mövqeyi, əslində, iqtdardan çox müxalifət üçün problematikdir.
Bu günə qədər siyasi müxalifət hakimiyyət iddiasını demokratik dəyişiklər ehtiyacı ilə identifikasiya edə bilirdi, amma indi bu dəyişikliyin elə indiki hakimiyyət tərəfindən gerçəkləşdirilməsinin mümkünlüyünü qabardan, iqtidara "belə olmaz" mesajını təmənnasız verən ciddi bir sosial qrup meydana çıxıb.
Onlar, Kseniya Sobçakın Moskvadakı mitinqdə dediyi şəkildə, hakimiyyəti dəyişmək yox, sadəcə, ona təsir etmək istəyirlər.
Onlar hakimiyyətə AXCP kimi, Müsavat kimi sonucda "sənin dəyişərəm" mesajı vermir, hərçənd bir siyasi partiyanın belə hədəf müəyyənləşdirməsində də qəribə heç nə yoxdur.
Qəribə odur ki, müxalifət Ziyalılar Forumunun akivləşməsi ilə cəmiyyətə inteqrasiya yolunda önəmli bir sosial seqmentin resurslarından faydalana bildiyi halda, iqtidar strateqləri onların səsini boğmaqla dışlama xəttini tutub.
Bu siyasət isə dialoq imkanlarını sıfıra endirməklə yanaşı, hakimiyyəti hər hansı ekstermal situasiyada islahatlara başlamaq şansından məhrum edir.
Azərbaycan bütün ənənələrinə görə doğrudan da ərəb ölkələrindən fərqlidir - bizim Rusiyaya oxşar cəhətlərimiz daha çoxdur.
Rusiyadakı "putinizasiya" təbii olaraq "anti-putinizasiya" xəttini də doğurub və mart seçkilərində Kremlə kimin sahib olmasından asılı olmayaraq, Rusiyanın gələcəyini düşüncə müstəvisində məhz ikinci hərəkat müəyyən edəcək.
O hərəkatın öncülləri isə tanınmış jurnalistlər, blogerlər, yazıçılar, elm adamlarıdır - rus mətbuatı onlara bəzən "qeyri-sistematik müxalifət" də deyir.
Putin üçün qeyri-sistematik müxalifətlə mübarizənin heç bir perspektivi yoxdur, hakimiyyətə yenidən yiyələnsə belə o, bu savaşı bəribaşdan uduzub.
Eyni ssenari Azərbaycan hakimiyyəti üçün daha əndişəlidir və İsa Qəmbərin, Əli Kərimlinin tribunada olduğu meydandan iqtidar üçün daha qorxulu meydan Rafiq Əliyevin, Ramiz Rövşənin, Mehman Əliyevin, Cəmil Həsənlinin, Rüstəm İbrahimbəyovun, Əkrəm Əylislinin əlinə mikrafon aldığı meydandır.
O meydanı daraltmaq və dağıtmaq mümkün deyil, o adamların girdiyi binaların işığını söndürmək də uğursuz cəhdlərdir.
Tarix sübut edir ki, "zamanın ruhu"na gülən, xalqın səsini eşitmək istəməyən, ziyalısının işığını söndürən iqtidarlar gec-tez inqilabla üzləşirlər.
İnqilablar isə həmişə qaranlıqda doğulur, qəzəbi ağıldan üstün edir, yırtır, dağıdır, qisas alır...
Odur ki, dışlamaq və daşlamaq yox, başlamaq lazımdır.
Əvvəlcə, ziyalılarla danışmağa!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#Taleh Şahsuvarlı bölümünün son 20 xəbəri:



#Taleh Şahsuvarlı bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829