Rusiya və Türkiyə astroloqlarının hesablamalarına görə, "Oxatan"lar, "Əkizlər" və "Qız"lar üçün 2012-ci il düşərli olacaq
2011-ci ilin başa çatmasına sayılı günlər qalıb. Astrologiya elminə görə, qarşıdan gələn 2012-ci il Qara Əjdaha ilidir. Rusiyanın tanınmış astroloqu Tamara Qlobanın hesablamalarına görə, 2012-ci il yanvarın 23-ü Qara Əjdaha ili girir.
Qara rəng su ünsürünün rəngi olub, məhrəmlik, gizlilik, sirlilik rəmzidir. Su ünsürü sevinc, şadlıq, idrak, sevgi və səyahəti təcəssüm edir.
Əjdaha ilində bürclər üzrə illik proqnozları oxucularımıza çatdırmaq üçün kiçik araşdırma aparmışıq. Türkiyə və rus astroloqlarının bu barədə fikirlərini sizlərə təqdim edirik:
Qoç - İlin birinci yarısında maddi vəziyyətinizi düzəltməklə məşğul olacaqsınız. İl ərzində işləriniz sizdən çoxlu qüvvət tələb edəcək.
2012-də ailə, sevgi məsələlərində də müsbət hadisələr yaşayacaqsınız. Sağlamlığınıza diqqət yetirsəniz çox yaxşı olar. Gələn ilin oktyabr ayına kimi həyat yoldaşınız, sevgiliniz, partnyorunuzla önəmli qərarlar verə bilərsiniz. Sağlam münasibətlər daha da möhkəmlənəcək. Ancaq zəif halqalar qopa bilər. Ən önəmli vaxt 8 fevral - 5 martdır. Əgər bu zaman lazımi addımı ata bilsəniz, gerisi gələcək.
Karyera - Əgər öz işiniz varsa, işi böyütmək üçün 2012-ci il fürsətlərlə doludur. Böyük düşünün və hədəflərinizə doğru getmək üçün doğru insanlarla əlaqə qurmağa çalışın. İlin ilk yarısında qollarınızı çırmalayıb həvəslə başladığınız işlərdə böyük uğur qazana bilərsiniz.
Buğa - 2012-ci ildə diqqət mərkəzində olacaqsınız. Məşhurluq, böyük bir uğur sizi gözləyir. Əjdaha ili sizə şəxsi və işgüzar uğur, gəlir, maliyyə və maddi məsələlərin həllini vəd edir. Şəxsi uğurunuz, sevginiz sınaqlar və xülyalarınızla paralelik təşkil edəcək, münasibətləriniz daha da möhkəmlənəcək.
İlin ilk aylarında istədiyiniz kimi, biri ilə qarşılaşa bilərsiniz. Olduqca hərəkətli il sizi gözləyir. 23 yanvar - 14 aprel tarixlərində keçmiş sevgililərdən biri fikirlərinizin qarışmasına səbəb ola bilər.
Karyera - Pul qazanmaq əvəzinə, ilin ilk yarısında özünüzə sərmayə qoyun. Yaradıcılığınız ən üst səviyyəyə qalxacaq. Ətrafınızdakılar sizə etibar edir. 11 iyuna qədər qarşınıza çıxacaq fürsətləri qaçırmayın. İlin ikinci yarısında çox mənbədən pul qazana bilərsiniz. 24 avqust - 8 oktyabr tarixlərində iş yerinizdə səbrli davranmanız lazımdır. 2012-də əsas narahatlığınız ağız boşluğu, qırtlaq, mədə-bağırsaq sistemi, tənəffüs orqanları, qaraciyər və cinsi orqanlarla bağlı ola bilər. Odur ki, mümkün qədər özünüzü qoruyun.
Əkizlər - Uğurlu ildir. "Əjdaha" şəxsi işlərinizdə, yaradıcılıqda və gəlir məsələlərində uğur gətirəcək. Hazırda işləriniz istədiyiniz kimi getmir. İlin iki yarısı sizin üçün tamamilə fərqli olacaq. Əgər evli və ya sevgiliniz varsa, ilin ikinci yarısında sevindirici xəbər ala bilərsiniz. İyuldan sonra öz dəyərinizi daha yaxşı başa düşməyə başlayacaqsınız. 4 aprel - 7 avqust arası sizin üçün çox yaxşı dövrdür.
Karyera - Bu il hobbi kimi baxdığınız şey sizin əsl işiniz ola bilər. İndiyə qədər əsla pul qazanmağı düşünmədən etdiyiniz bir iş sizin karyera yolunuzu aça bilər. 11 iyundan sonra 12 ildən bir yaranan və bir il boyunca davam edən bolluq, şans dönəmi sizinlə birlikdə olacaq. Birdən çox iş görmək sizin üçündür. Gələn il siz mükafat da ala bilərsiniz. Ancaq xətalarınız da diqqətdən kənarda qalmayacaq.
2012-də xroniki xəstəliklər sizi narahat edcək. İl ərzində iki dəfə sağlamlıqla bağlı narahatlıq keçirəcəksiniz. Ötən il sizi narahat edən xəstəliklərə qarşı profilaktik tədbirlər aparın.
Xərçəng - 2012-ci ildə dostlarınız həyatanıza və işlərinizə güclü təsir edəcək. Onların köməkliyi ilə problemlərinizi həll edəəcəksiniz. Qohumlarınız, onların uğurları və çətinlikləri sizi narahat edəcək. İlin birinci yarısında əyləncələrə, azad həyat tərzinə keçə bilərsiniz. Əgər siz iyun ayında doğulmusunuzsa, yeni ildə uzun müddətli, ciddi münasibətlərə hazır olun. 8 avqust - 6 sentyabrda özünüzü çox yaxşı hiss edəcəyiniz, ətrafınızdakıları maqnit kimi özünüzə cəkəcəyiniz bir dönəm olacaq.
Öz yolunuzda irəliləməniz üçün bütün imkanlar yaranacaq. İlin ilk yarısında iş səfərləriniz çox qazanclı ola bilər. 18 noyabr - 26 dekabr arasında baş verən hadisələrə öz gözünüzdən deyil, başqalarının gözündən baxsanız, bütün problemlər həll ediləcək.
Aprel-may aylarında ürək-damar sisteminizə fikir verin. Soyuqdəymə üzündən damar və böyrək sancıları baş verə bilər. oyabr və dekabr aynın əvvələrində övladlarınızdan göz-qulaq olun.
Şir - Gələn il öz övladlarınızın gələcəyini qurur, yeni yaradıcılıq və şəxsi planlarınızı formalaşdıracaqsınız. Quracağınız yeni iş planlarını da müsbət nəticə verəcək. Sevgi məsələlərində də uğurlu bir il kimi yadda qalacaq. 2010-cu ilin dekabrından sevgi həyatınız canlanıb. 7 sentyabr - 3 oktyabrda harizmanız çox adamı heyran qoyacaq.
Karyera - Bu sahədə də keçmişə nisbətən daha böyük uğurlar gözlənilir. Yanvar-iyul aylarında maddi imkanlarınız hiss olunacaq səviyyədə artacaq. İlin ilk yarısında karyera və etibarlılıqda parlayan ulduz olacaqsınız. İlin ikinci yarısında önəmli insanlardan dəstək görməniz sizi ideyalarınıza daha da yaxınlaşdıracaq.
2012-ci ildə qaraciyəriniz və ağciyəriniz, mədəaltı vəziniz və mədəniz, ürək-damar sisteminiz, həmçinin sümükləriniz, mədə-bağırsağınız, qanyaradıcı orqanlarınız sizi narahat edəcək. İstirahət edin və idmanla məşğul olun.
Qız - İlin əvvəlində müvəfəqiyyət dalğasında olacaqsınız. Lakin yüz ölçüb, bir biçin. İl ərzində bir neçə dəfə seçim qarşısında qalacaqsınız, düzgün qərarlar versəniz, ilboyu işləriniz yaxşı olacaq.
Sevgi - İlin ilk yarısında fırtına kimisiniz. Münasibətlərinizdə olduqca fəal olduğunuz üçün cəsarətiniz də artacaq.
2012-ci ildə karyera və daşınmaz əmlakla bağlı narahatlıqlarınız olacaq. İlin sonlarından etibarən işləriniz və qayğılarınız daha da artacaq. Maddi cəhətdən artıq fərqli bir yol tapmalısınız. Başqalarının işinizə müdaxilə etməsinə icazə verməyin. Belə olduqda daha sakit və hüzurlu olacaqsınız. 23 yanvar-13 aprel arası bütün işlərinizi, layihələrinizi tamamlaya bilərsiniz.
Gələn il çoxlu enerji sərf edəcəksiniz. İlin birinci yarısında qaraciyəriniz, dalağınız, ağciyərləriniz, çiyinləriniz, əlləriniz, bağırsaqlarınız sizi narahat edəcək. Həddən artıq yeməyiniz məsləhət deyil. Pəhriz saxlasanız, daha yaxşı olar.
Tərəzi - Həm işlərinizdə, həm də şəxsi həyatınızda dəyişikliklər zolağı olacaq. Gələn il işlərinizdə və şəxsi həyatınızda uğurlarınız itkilərlə müşayiət olunacaq. 2012-də qohumlarınız həyatınızda vacib rol oynayacaq. Yaxın ətrafınız işlərinizə dəstək verəcək.
Hər zaman yaxşı bir sevgili olmusunuz. Bunu heç kim inkar edə bilməz. Hamını məmnun etmək üçün çabalamağı dayandırın və özünüzü sevməyi öyrənin. Mənəvi rahatlığı, sağlamlığı əldə emək üçün bir az da səy göstərin. 29 oktyabr və 22 noyabrda həyatınızda böyük sevgilər ola bilər.
Karyera - Sizi ətraf dünyaya hazırlamaq üçün birini tapın. Oktyabrda sıra pula gələcək. Şəxsi büdcənizi əvvəlkindən daha planlı şəkildə qurmalısınız. Payıza qədər işinizi dəyişə bilərsiniz. Gələn il əvvəlki problemləriniz sizi narahat edəcək. Durğunluq halları, xroniki xəstəliklər, nə vaxtsa müalicə olunmayan sümük, diş xəstəlikləri, həmçinin böyrəkləriniz, onurğanız, əsəb sarsıntıları, venaların valikoz genişlənməsindən əziyyət çəkəcəksiniz. Özünüzə fikir verin və sükan arxasında, səfərlərinizdə son dərəcə diqqətli olun.
Əqrəb - Üzümüzə gələn il çox şey ailənizdən və partnyorunuzdan asılıdır. Şəxsi və işgüzar partnyorlarınız durmadan artır, məşhurluq dönəmi başlayır. İlin ikinci yarısında həyatınıza köklü dəyişikliklər gələcək. Sevgi məsələlərinə gəlincə, ilin ilk yarısında münasibətləriniz uğurlu olacaq. Bu zamanda qurulan ailələr hər mənada sizə uğur, zənginlik gətirəcək.
Karyera - İlin ikinci yarısında fərqli həyat başlayır. Öncə sağlamlığınıza diqqəti artırın. İlin ilk yarısında ətrafınızdakılardan böyük dəstək görə bilərsiniz. 13 noyabr ərəfəsində baş verə biləcək hadisələr sizi yeni həyata hazırlayacaq. 23 noyabr-16 dekabr tarixlərində ortaqlar və pulla bağlı istədiyinizi əldə edə bilərsiniz.
Maddi vəziyyətinizi də yaxşılaşdıracaqsınız, yeni layihələrdə iştirakınız və uğur qazanacağınız gözlənilir.
İl ərzində həzm sisteminiz, cinsiyyət orqanlarınız, qaraciyəriniz, qanyaradıcı orqanlarınız, spazma xarakterli ağrılar, damarlarınız, bağırsaq sancıları sizi narahat edəcək. İlin ikinci yarısından sağlamlığınız özünüzdən asılı olacaq. Odur ki, sağlamlığınızın qeydinə qalın.
Oxatan - Əjdaha ili sizin həyatınızda yüksəliş dövrüdür. Gələcək fəaliyyətiniz, ailə və iş, habelə səhhətinizlə bağlı planlarınız ön sıraya çıxacaq. İşinizdəki və şəxsi həyatınızdakı problemlər həllini tapacaq. Hər hansı sevgi münasibətinizin olub-olmamasından asılı olmayaraq 11 iyundan sonra möcüzəli zaman başlayır. O vaxta qədər yolunda olmayan, pis münasibətləri bitirmək, bəzi insanları həyatınızdan çıxarmaqdan qorxmayın.
Karyera - Yeni iş müraciətləri edin və həyatın sizin faydanıza işlədiyinin şahidi olun. İlin ilk yarısında etibarınızı artırmaq üçün hərəkətə keçin. İlin ortasından etibarən ağıllı və ziyalı insanlar sizə böyük dəstək ola bilərlər. Müəyyən problemlər də sizi gözləyir. Uşaqlarınızdan göz-qulaq olun, sevdiklərinizi qoruyun.
2012-də qaraciyərlə, qanyaradan orqanlarla, mədəaltı vəziylə, nəfəs sistemi, həmçinin bağırsaq və həzm sistemiylə bağlı narahatlıqlarınız ola bilər. Qidalanmanıza fikir verin, özünüzü soyuqdan qoyruyun. Bu il istirahət etməyi də unutmayın.
Oğlaq - 2012-də şəxsi həyat və uşaqlar ön plana keçəcək. İlin əvvəlində əsas diqqətinizi ailə-məişət məsələlərinə yönəltməyiniz məsləhətdir. Ötən ildən başlayaraq heç olmadığı qədər xoşbəxt olacaqsınız. Sevgi, ailə və uşaqlar sizi ruhlandıracaq, amma il ərzində sınaqlardan keçməli olacaqsınız. Yaxşı, imkanlı və qənaətcil insanlarla uzun müddətli münasibətlərə başlaya bilərsiniz.
Əjdaha ili iş və yaradıcılıq həyatınızda mühüm rol oynayacaq. İş yerində böyük güc əldə etmək sizə zövq verəcək. Oktyabr ayından sonra böyük xəyallarınıza doğru addımlar atmağa başlayacaqsınız. Payız fəslinə qədər hazırkı dönəmin əksər işləri keçmiş nailiyyətlərə əsaslanacaq. Yaradıcı işləriniz uğur gətirəcək.
Səhhətinizlə bağlı bir sıra problemlər yaranacaq. Soyuqdəymələr boğazınızda və qida borunuzda fəasadlara səbəb ola bilər. İlin sonunda itirdiyiniz çəkini qaytarmağa çalışın. Təmiz havada istirahət, qış idman növləriylə məşğul olmanız gücünüzü artıracaq.
Dolça - Əjdaha ili sizin üçün ikili ildir. Yay fəslinədək sizi ev işləri, valideynlərin çətinlikləri, yaşayış yerini dəyişmək, torpaqla bağlı problemlər narahat edə bilər.
Sevgi münasibətlərində hər zaman sərbəstliyin tərəfdarısınız. Bu il ötən ilkindən fərqli olaraq sevgililərlə dostlar arasında qalmaq narahatlığını yaşamayacaqsınız.
Böyük karyera dəyişikliyi üçün oktyabr və noyabr ayları daha münasibdir. Yeni bir diplom almaq və ya proqram öyrənmək üçün uğurlu ildir.
İlin ikinci yarısında maddi məsələlərdə qarışıqlıq gözlənilir. 15 may-26 iyunda keçmiş layihələriniz və işgüzar münasibətlərinizə yeni can verərək uğur qazana bilərsiniz. Ümumi götürdükdə, 2012-də işiniz gəlir gətirəcək.
Sağlamlıqla bağlı uğurlu il deyil. Belə ki, gələn il müntəzəm surətdə mədə, bağırsaq, cinsiyyət orqanlarıyla bağlı çətinlikləriniz meydana çıxacaq. Sağlamlığınız üçün həyati dəyərlərə yenidən qiymət vermək, təmiz havada, təbiətin qoynunda istirahət faydalı ola bilər.
Balıqlar - Əjdaha ilində tanışlarınız artacaq. İşiniz təsəlli olacaq, yalnız sizi deyil, ətrafınızda olanları da sevindirəcək. İyul ayına qədər ən önəmli sevgi münasibətləriniz olacaq. Qarşı tərəfin inandırıcı, doğru və israrlı münasibəti qarşısında bir az inciyə bilərsiniz. Ancaq qarşı tərəfin sizi incitmək niyyəti yoxdur. Onun tək istədiyi hər şeyin yerli-yerində olmasıdır.
Bu il əsas narahatlığınız valideynlərinizin işləri, ev məsələləri və yaxınlarınızla bağlı olacaq. İşlərinizi ata-babadan qalma qədim üsullar əvəzinə, modern, yeni qayda-qanunlarla qurmağa çalışın.
Bu il media, internet kimi sahələrlə bağlı görəcəyiniz işdən pul qazana bilərsiniz.
Səhhətinizə gəlincə, bu dönəmdə ağız boşluğu infeksiyalarından özünüzü qoruyun. Ancaq həyat sağlamlığınız üçün əla şanslar bəxş edəcək.