Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Mayis Güləliyev : Regional sülhə təhlükə

  Sayta qoyulub: 15:05 31.05.2009 (624 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail prezidentinin Bakı səfəri ölkəmizə həm də bu təhlükəni vəd edir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ardınca İsrail prezidenti Şimon Peresin Azərbaycana səfər edəcəyi haqqında xəbərlər yayılıb. Bəli, son 60 ildə İsrailin Yaxın Şərqdə törətdiyi qanlı qətliamlarda, qeyri-humanist və irqçi siyasətdə mühüm rol oynayan Ş.Peres sülhsevər Azərbaycana səfərə hazırlaşır. Qəzza bölgəsində fələstinlilərə qarşı qətliam hadisəsinə görə Ərdoğanla Davosda mübahisəsi olmuş Peresin elə Ərdoğanın ardınca Bakıya gəlişi bəlkə də təsadüfi deyil. Belə ki, Qəzza hadisələrindən sonra həm Türkiyə, həm də Azərbaycan cəmiyyətində İsrailə qarşı ciddi narazılıqlar baş vermişdir. Davosda Türkiyənin baş naziri Ərdoğanla İsrail prezidenti Peres arasında baş vermiş söz atışması da bu iki ölkə arasında ciddi soyuqluq yaratmışdır. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması xəbəri isə regional münasibətlərin xarakterindən o qədər də hali olmayan və ABŞ-İsrail təbliğatına uyan Azərbaycan cəmiyyətini xeyli narazı salmışdır. Beləliklə, Qəzza hadisəsi və "sərhəd oyunu" Türkiyə-İsrail-Azərbaycan bucaqlarını birləşdirən, əslində o qədər də perspektivli olmayan, "Azəri Üçbucağı"nın varlığına ciddi xələl gətirdi. Türkiyənin baş naziri "Azəri Üçbucağı"ndan gözlədiyi bəhrəni Bakı səfəri ilə təmin etdi. Azərbaycan tərəfi Türkiyəyə satılacaq qazın qiymətində yenə də ciddi güzəştlərə getdi. Bəs, İsrail tərəfi "Azəri Üçbucağı"ndan gözlədiyi bəhrəni Peresin Bakı səfəri ilə təmin edə biləcəkmi?
Azərbaycan Yaxın Şərq adlanan coğrafi əraziyə lap yaxındır, əslində isə elə bu ərazidə yerləşir. Odur ki, bu ərazilərdə baş verən hadisələrin Azərbaycana birbaşa təsiri var. Ona görə də Azərbaycanın xarici siyasətinin qurulmasında Yaxın və Orta Şərqdə beynəlxalq siyasət mütləq nəzərə alınmalıdır. Xüsusilə, Azərbaycanın Yaxın Şərqdə baş verən "Böyük oyunlar"ın əsas oyunçuları ilə əlaqələrinin qurulmasında Azərbaycanın strateji maraqlarının nəzərə alınması zəruridir. Bu oyunçulardan biri də İsraildir.
Məlumat üçün qeyd edək ki, İsrail Sovet İttifaqı dağılandan sonra təkcə Azərbaycanda yox, əhalisinin əksəriyyəti müsəlman olan digər respublikalarda da öz səfirliyini tez açmağa çalışmışdır. Azərbaycanla İsrail arasında rəsmi əlaqələr ölkəmiz müstəqillik elan edəndən bir il sonra, yəni 1992-ci ildə yaradılmışdır. Təəssüf ki, elə ilk vaxtlardan bu əlaqələr Azərbaycanın maraqlarından daha çox İsrailin, dolayısı ilə ABŞ-ın maraqlarına uyğun olan siyasət üzərində qurulmuşdur. Rəsmi əlaqələrin ilk anlarından başlayaraq İsrail rəsmiləri İsrailin də Azərbaycan kimi siyasi cəhətdən eyni çətinliklərlə üzləşməsi və İsrailin də eyni dərəcədə terror təhlükəsindən əziyyət çəkməsi haqqında yalan təbliğat yayaraq, Azərbaycan ictimaiyyətinin bu ölkəyə isti münasibətinin yaradılmasına cəhd etmişlər.

Bildirək ki, tarixi nöqteyi-nəzərdən bu ölkələrin üzləşdiyi problemlər qətiyyən eyni deyil, əksinə, İsrailin tarixi daha çox Ermənistanın tarixinə oxşayır. Belə ki, Azərbaycan heç bir xalqın ərazisini zəbt etməyib və heç bir xalqa məxsus olan ərazidə dövlət yaratmayıb. İsrail dövləti isə milyonlarla fələstinlilərin öz yurd-yuvalarından qovulması, mülkiyyətlərinin zəbt edilməsi yolu ilə yaradılıb. İsrail dövlətinin yaranması "bura mənim tarixi torpağımdır və bu gün onu geri qaytarmağa gücüm var, odur ki, onu mənə verməlisiniz",- məntiqinə əsaslanır. Ermənistan da eyni məntiqlə çıxış edərək Qarabağı işğal edib və geri qaytarılması haqqında düşünmür. Odur ki, İsrailin yaranmasından sonra öz qonşuları ilə ərazi müharibələri əslində İsrailin Yaxın Şərqə gətirdiyi və yaxın dövrlərdə sönməyi güman edilməyən "ölüm kabusudur".
İsrail rəsmiləri və politoloqları Azərbaycanın İsrail tərəfindən siyasi nəzarətə alınmasına "əməkdaşlıq və birgə fəaliyyət" donu geydirərək qeyd edirlər ki, "İsrail öz müstəqilliyi üzrə beş ərəb ölkəsinin təcavüzünü dəf etməyə məcbur olmuşdursa və hazırda Suriya, Livan və İraqla müharibə şəraitindədirsə, Azərbaycan Ermənistan qoşunları tərəfindən işğal edilmiş Dağlıq Qarabağ üzrə Ermənistanla on ildən çoxdur ki, hərbi konflikt şəraitindədir". Azərbaycan ictimaiyyəti tərəfindən cəzbedici olan bu paralel əslində İsrailin bir dövlət kimi Yaxın Şərqdəki mahiyyətini gizlədir və Azərbaycan İsrail əlaqələrində İsrailin "əl-qolunu" açır.
İsrail özü təcavüzkar dövlətdir və belə mahiyyətli dövlətlərin təcavüzə məruz qalmış Azərbaycana yardım etməsi yalnız onların gizli maraqlarına xidmət edir. Belə ki, təcavüz mahiyyətli dövlətlərin xarici siyasəti yalnız təcavüzə köklənir. Belə ölkələr problemlərin dərinləşməsində və konfliktdə olan tərəflər arasında mümkün sülhün əldə edilməsinə mane olmaqda daha maraqlıdırlar.
İsrailin Azərbaycanla oxşar problemləri yaşadığını deməklə sionist politoloqlar və siyasətçilər, Azərbaycanı İsrailin konfliktdə olduğu ölkələrlə konfliktə sürükləməyə cəhd edirlər. Azərbaycanın İrandakı soydaşları ilə, İsrailin digər ölkələrdəki diasporasının oxşar cəhətlərini, Azərbaycanın etnik ermənilərlə olan problemini, İsrailin etnik ərəblərlə olan problemi ilə eyniləşdirən bu siyasətçilər unudurlar ki, sionist diaspora ilə İranın tam hüquqlu vətəndaşlarının problemlərini eyniləşdirmək olmaz. Separatçı Qarabağ rejimi ilə öz hüquqlarını tələb edən fələstinlilər arasında isə çox ciddi fərqlər var. Azərbaycan-erməni münaqişəsi başlayandan sonra Ermənistan və Qarabağdan qovulmuş azərbaycanlılar daha çox Fələstindən qovulmuş ərəblərin taleyini yaşamışlar. Yaddan çıxarmaq olmaz ki, 1990-cı illərin ortalarında Amerika cəmiyyətindən Ermənistana olan yardımın həcmi 50 milyon dolları aşaraq adam başına düşən miqdara görə üçüncü olmuşdur. Ќəzərə almaq lazımdır ki, Kaliforniya, Ќyu-Cersi, Massaçuset ştatlarında yerləşən güclü erməni diasporasının ABŞ siyasi həyatına təsirləri də az deyil. Konqresdə 907-ci düzəlişin qəbulunda da erməni diasporasının xüsusi xidməti olub. Məhz buna görə Ermənistanı "Qafqazın İsraili" də adlandırırlar.
Azərbaycanla əlaqələrin qurulmasının lap ilkin anlarından İsrail rəsmiləri bir neçə məqsəd güdürdülər. Bu məqsədləri təqribən belə qruplaşdırmaq olar;
1) Azərbaycanın qonşu ölkələrlə hər hansı sahədə yaxınlaşmasına mane olmaq.
2) Belə əlaqələr vasitəsilə ixrac edilən neftin böyük hissəsinə sahib olmaq və öz enerji təhlükəsizliyini təmin etmək.
3) Azərbaycanın siyasi həyatını nəzarətdə saxlamaqla Xəzəryanı ölkələrdən gələcək enerji ixracatına nəzarəti ələ keçirmək.
4) 20.000 Azərbaycan yəhudisinin İsrailə miqrasiyasına yardım etmək.
Son dövrlərdə yəhudilərin kompakt yaşadıqları ərazidən köçmə hallarının kəskin azalması, bu ərazidə yaşayan ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində İsrail dövlətinin xüsusi layihələr yerinə yetirməsi, bu ərazidə yaşayan azərbaycanlı ailələrinə məxsus olan torpaq sahələrinin yəhudi ailələri tərəfindən satın alınması hallarının artması, Bakıda yəhudi məktəbinin açılması İsrailin Azərbaycanla bağlı daha təhlükəli və gizli planlarının olmasından xəbər verir.
Əlbəttə, Azərbaycanın dövlət orqanları, ictimai-siyasi elitası İsrail dövlətinin və ya təşkilatlarının Azərbaycandakı fəaliyyətinə diqqətlə yanaşmalı və həyata keçirilən tədbirlərin Azərbaycanın milli maraqları ilə uzlaşmasına etinasızlıq göstərməməlidirlər. Hələ 1991-ci ildə siyasi cəhətdən qeyri-stabil, iqtisadi və hərbi cəhətdən zəif olan Azərbaycan nə üçün İsrailə tərəf dönmüşdür? Belə dönüş ABŞ-la yaxınlaşmaq üçün vasitə axtarışına bənzəyirdi. Siyasi cəhətdən təcrübəsiz Azərbaycan hökuməti belə fərz edirdi ki, İsraillə yaxınlaşma ABŞ-da İsrail lobbisinin gücündən istifadə etməyə və Ermənistan lobbisinin təsirini azaltmağa səbəb olacaq. Azərbaycan hökumətinin ən yüksək səviyyəli nümayəndələri belə düşünürdülər ki, İsrail ABŞ hökumətini, İsrail lobbisi isə Amerika cəmiyyətini Azərbaycanın haqlı olduğuna inandırar və bu yolla Ermənistan təcavüzünün qarşısı alına bilər. Bu yolla İsrail və ABŞ Azərbaycana Qarabağ probleminin həllində kömək edər. Onlar nə İsrailin, nə ABŞ-ın və digər Qərb dövlətlərinin regiondakı maraqlarının nədən ibarət olduğunu dərk etmədikləri üçün, hər cür güzəştlərə hazır olduqlarını bildirərək, ümidlərini hər hansı münasibətin qurulmasına bağlayırdılar. Təəssüf ki, Azərbaycan cəmiyyəti bu günə qədər Dağlıq Qarabağ probleminin məhz bu qüvvələr tərəfindən qızışdırıldığını və regionu nəzarətdə saxlamaq üçün bu münaqişədən sui-istifadə ediləcəyini təsəvvür etmirdilər. Belə sadəlövh inam 1994-cü ildə "Əsrin Müqaviləsi" imzalananda və Bakı-Tbilisi-Ceyhan boru kəməri çəkiləndə də var idi. Azərbaycan cəmiyyəti belə təsəvvür edirdi ki, bu müqavilələr imzalanandan sonra Azərbaycanın siyasi nüfuzu güclənəcək və Qarabağ problemi Azərbaycanın xeyrinə həll ediləcək. Təəssüf ki, bu inam hələ də davam edir. Bu inamın tamamilə əsassız olduğu bəlli olandan, yəni 2020-ci illərdən sonra Azərbaycan cəmiyyətini ciddi psixoloji sınaqlar və siyasi təhlükələr gözləyir.
Qeyd edək ki, regionda digər ölkələrlə Azərbaycanın münasibətlərinə ciddi mane olan və onu izolyasiya olunmaq səviyyəsinə çatdıran İsrail öz "dostluğunu" sübuta yetirmək üçün ona bəzi "xidmətlər", o cümlədən hərbi kömək təklif etmişdir. Azərbaycanın hərbi rəsmiləri də inanırdılar ki, İsrail şirkətləri yaxşı təşkil edilməyən, yeni silahlara ehtiyacı olan Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı məğlubiyyətindən sonra daha yaxşı təchiz olunmasına kömək edə bilər. Ermənistan qoşunları tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, həmçinin həm Rusiya, həm də digər qonşu ölkələrlə o qədər də isti olmayan münasibətlər İsrailin "əl-qolunu" Azərbaycanda tamamilə açdı. Belə ki, silah satışı və ümumi təhlükənin dərk edilməsi ilə bağlı kəşfiyyat xarakterli məlumatların əldə edilməsi və təhlükəsizlik üzrə əməkdaşlıq sistemlərinin qurulması İsraildən xahiş olunmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, İsrail və ABŞ Qarabağ probleminin həllində maraqlı deyillər. Bu konfliktin dondurulması və müharibə təhlükəsinin qızışdırılması yolu ilə neftdən daxil olacaq böyük miqdarda gəlirlərinin silah sistemləri satmaqla Azərbaycandan geri qaytarılması onlar üçün daha məntiqlidir. Məhz bunun nəticəsidir ki, İsrailin müdafiə şirkətləri Azərbaycana müasir aviasiya, tank əleyhinə silah sistemləri, artilleriya və piyada əleyhinə silahlar satmaqda çox maraqlıdırlar. Odur ki, İsrailin hər hansı bir rəsmisinin, o cümlədən Ş.Peresin Bakı səfəri ilə regional sülhə təhlükə gəlir.
İsrail-Azərbaycan əlaqələri, heç də İsrailin Azərbaycandakı səfiri Artur Lenkin dediyi kimi deyil. Belə ki, İsrail-Azərbaycan əlaqələrinin mahiyyətində Azərbaycandan ixrac edilən neftin və qazın nəqlinin nəzarətdə saxlanması mühüm əhəmiyyət kəsb edir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#Mayis Güləliyev bölümünün son 20 xəbəri:



#Mayis Güləliyev bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031