Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Sən kimin anasısan?

  Sayta qoyulub: 19:02 19.09.2011 (416 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən bir il əvvəl ATV-də efirə gedən "Sən tək deyilsən" verilişinin çəkilişlərində iştirak edirdim. Tamaşaçıların arasında 25 yaşlı cavan bir oğlan da vardı. Həyəcanlı olduğu üçün onun studiyaya gəlişinin səbəbini aparıcı izah etdi. Dedi ki, 20 il əvvəl onu atıb getmiş anasını axtarır.
İlk sualı mən verdim. Soruşdum ki, anan səni niyə atıb? Əvvəlcə nala-mıxa vurdu. Amma tamaşaçıların ondan konkret cavab gözlədiyini başa düşüb, həqiqəti dedi. Məlum oldu ki, 20 il əvvəl 5 yaşlı oğlunu damın altında tək qoyub, "qeybə çəkilən" Sənəm adlı qadının ən böyük arzusu müğənni olmaq imiş. Amma həyat yoldaşı Sənəmin bu arzusunun gerçəkləşməsinə hər vəchlə mane olurmuş. Sonda Sənəm 5 yaşlı oğlu ilə sənəti arasında seçim etməli olub. Günlərin birində o, oğlunu damın altında tək qoyaraq, mahnı oxumağa gedib. Azərbaycan şou-biznesində Sənəm adlı populyar müğənni olmadığı üçün biz onun uğursuzluğa düçar olduğunu iddia edə bilərik. Oğlunun dediyinə görə, anasının səsi axırıncı dəfə Bakıdakı ucuz barların birindən gəlib. Artıq uzun illərdi ki, ondan heç bir xəbər-ətər yoxdur.
Anasını axtaran 25 yaşlı gəncin arzusu həmin vaxt mənə qəribə görünmüşdü. Ona belə bir sual vermişdim: Bir dəfə saçlarına sığal çəkməyən, paltarını yumayan, gecələr üstünü örtməyən, qışda əlini əlinə alıb, soyuqdan donan barmaqlarını isitməyən ana sənin nəyinə lazımdır?
İlk reaksiya verilişdə ekspert kimi iştirak edən xalq artisti Ağaxan Salmanovdan gəlmişdi. Ağaxan müəllim demişdi ki, insana ana hər yaşda lazımdır. Mənim cavabım isə belə olmuşdu: İnsana onu sevən, qayğısına qalan, övladı üçün həyatını qurban verməyə hazır olan ana lazımdır.
Bir jurnalist kimi, övladlarını axtaran analarla tez-tez qarşılaşıram. Üç gün əvvəl Samuxdan gəlmiş bir qadınla söhbət etdim. Dedi ki, 15 il əvvəl uşaq evinə verdiyi qızını axtarır. O vaxt cəmi 7 yaşında olan qızını niyə uşaq evinə verdiyini soruşdum. Cavabı konkret oldu: İkinci həyat yoldaşım uşağı qəbul etmədi.
Əvvəllər ailələr dağılanda uşaqlar əsasən analarının himayəsində qalırdı. Amma son vaxtlar analar da uşaqlarından imtina etməyə başlayıblar. Bunun başlıca səbəbi odur ki, həyat yoldaşından ayrılan qadın ikinci dəfə ərə getmək istəyir. Kişilərin çoxu başqasının övladlarına atalıq etmək istəmədiyi üçün zavallı uşaqları internatlara yerləşdirirlər. Əlbəttə, insanın ikinci dəfə ailə həyatı qurması qəbahət deyil. Qəbahət olan doğma balanı yad kişinin ayağına verməkdir.
Bizim kənddə yaşlı qadınların çoxu həyat yoldaşını İkinci Dünya müharibəsində itirmişdi. Amma onların böyük əksəriyyəti saçının birini ağ, birini qara hörüb, 4-5 uşağı təkbaşına böyütmüşdü. El arasında onlara "kişi qeyrətli qadınlar" deyirdilər. Qarabağ savaşında da neçə-neçə gənc qadın həyat yoldaşını cəbhədə itirdi. Amma onların çoxu vətən uğrunda canını fəda etmiş ömür-gün yoldaşlarının adını uca tutdular, olmazın əzab-əziyyətlərə, məşəqqətlərə baxmayaraq, övladlarını yad kişilərin ayağına vermədilər. Ana deyiləndə mənim gözlərimin qabağına həmin fədakar qadınlar gəlir. "Ulduz" olmaq üçün 7 yaşlı qızını tək qoyub, evdən qaçan qadınların həmin fədakar analarla bir cərgədə dayanmağa mənəvi haqqı yoxdur. Qatıldığım teleproqramlarda övladından imtina edən analara qarşı aqressiv olmağımın yeganə səbəbi də elə budur.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031