Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Turizm institutu yeniliklərə imza atır

  Sayta qoyulub: 15:16 30.05.2009 (846 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Turizm institutu yeniliklərə imza atır

«Turizm sahəsində bir çox kadrlara ehtiyac var. Turizm sahəsində işləyənlərin böyük əksəriyyəti çox böyük təcrübəyə malikdirlər. Lakin turizmlə bağlı təhsili olanların sayı olduqca azdır».

Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Turizm İnsitutunun rektoru Cəfər Cəfərov deyib. Onun qənaətincə, turizm sahəsində uğurların əldə edilməsi üçün normal təhsil verilməlidir: «Bu məqsədlə üç il bundan əvvəl ölkə başçısının sərəncamı ilə Turizm İnsitutu yaradılıb. Hesab edirəm ki, bizim insitut yarandığı gündən də əhəmiyyətli uğurlara nail olmuşdur. Bunlardan bir neçəsini misal gətirərək demək istəyirəm ki, biz bütün işlərimizi Boloniya sistemi çərçivəsində işlərimizi qurmağa çalışmışıq. Azərbaycanda ilk dəfə ikili diplom verən ali məktəbik. Konkret olaraq, beynəlxalq qrupda oxuyan tələbələrimiz iki diplom alacaqlar. Yəni, elindən, vətənindən kənara çıxmadan Avropada oxumuş kimi hesab ediləcəklər. Turizm həm də təcrübə deməkdir. Ona görə də biz tələbələrimizi müxtəlif təcrübə keçməkdən ötrü bir xarici ölkələrin turizm obyektlərinə göndəririk. Turizm sahəsində bir çox tədqiqatlar aparılır və bu məqsədlə tədqiqat mərkəzimiz var. Onların burdakı nümayəndəlikləri ilə daimi şəkildə görüşlər təşkil edilir. Artıq Avropa Birliyinin keçirdiyi layihə çərçivəsində müəllim və tələbə heyətini xarici ölkələrə göndərmək imkanına malikik. Bundan əlavə, 16 ali məktəblə biz portnyorluq əlaqəsindəyik. Bu baxımdan, tələbələrimiz Yunanıstanda, İtaliyada, Portuqaliyada, Fransada və s. ölkələrdə təcrübədən keçirlər. Artıq onların xeyli hissəsi gediblər. Bütün bunlara baxmayaraq, biz bununla kifayətlənmirik və bir sıra təbdirlərin həyata keçirilməsinə nail olmağa çalışırıq».

C.Cəfərov onu da bildirib ki, Turizm İnsitutunu bitirən məzunların gələcəkdə işlə təmin olunması üçün addımlar atılır: «Bizim insitutda 800-dən artıq tələbə təhsil alır. Turizm bazarı hazırda hazırlıqlı kadr axtarışındadır. İndinin özündə də bizə xeyli sayda müraciətlər olunur. Əslində, tələbələri təcrübə semestrinə göndərməyimiz, gələcəkdə həmin gəncin işi və fəaliyyəti ilə bağlı çox böyük köməklik etmiş olur. Təhsilini tam bitirməmiş tələbələrimiz müxtəlif hotellər və turizm şirkətlərində çalışırlar».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829