Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Zaur Əhməd : Ət payımı yeyən nazir

  Sayta qoyulub: 23:43 11.09.2011 (798 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın absurdlar ölkəsi olduğunu bu məmləkətdə yaşayanların çoxu yaxşı bilir. Yalnız bu ölkədə valideyn boğazından kəsib pul verir ki, övladı savadsız olsun. Yalnız burda polis cinayətin törənməsini, həkim xəstənin çox olmasını, molla da tez-tez hüzr məclisinin düşməsini arzulayır. Bəlkə də Azərbaycan dünyada yeganə ölkədir ki, burda korrupsiyaya qarşı mübarizəni ən korrupsioner adamlar aparır. Bu siyahını nə qədər desən, uzatmaq olar, boş yerə qanınızı qaraldıb, ürəyinizi bulandırmaq istəmirəm.

Amma bu günlərdə xarici mətbuat elə bir xəbər yaydı ki, bu barədə söz deməmək yaxşı düşməzdi. Deməli, Azərbaycan nazirlərindən biri İsrailə gedəndə 50 kq quzu əti keçirmək istəyərkən gömrükdə saxlanıb. İsrailin Vergi İdarəsinin sözçüsü yazıq İdit Lev-Zerahia da utana-utana deyib ki, Ben-Qurion Beynəlxalq Aeroportunda yoxlama zamanı nazirin baqajında 50 kq təzə quzu əti aşkarlanıb. Əti gömrük orqanları müsadirə edib və qaydalara uyğun olaraq məhv edilib. Ancaq sözçü nazir kürsüsünün xətrinə həmin nazirin adını açıqlamayıb. Bizimkilər isə həmişə olduğu kimi, bu dəfə də vəziyyətdən çıxış yolu tapıblar. Deyiblər ki, bu qədər ət nazirin İsrailə səfəri zamanı şəxsi istifadəsi üçündür.

Doğrusu, hamı üçün maraqlıdır ki, bu nazir kimdir və bu qədər əti nə edəcəkdi. Hər halda dondurulmuş ətdən yaxşı kabab da çıxmaz. 50 kq ət o qədər də çox deyil ki, düşünəsən ki, hörmətli nazirimiz ət alverinə girişib. Üstəlik İsraildə qoyun əti “difisit” də deyil. Yəni, naməlum nazirimizin İsrailə “ətli-budlu” getməsinin səbəbi bir az qaranlıqdı. Elə bu məqam da həmin informasiyanı yayan xəbər agentliklərinin oxucularının diqqətini cəlb edib. İnformasiyaya əlavə edilən şərhlərdən maraqlı olanlarını təqdim edirəm.

Kukisvoomchor: Yadıma 1981-ci ildə istehsal olunmuş İsveç komediyası düşdü – «Montenegro» filmi. Filmin əvvəlində bir qaraçı qızını gömrük işçiləri saxlayır, o, gömrükdən ət keçirmək istəyir. «Bu mühümdür! Bu mühümdür!» deyə yalvarır.

SimonBao: Bu, utanmalı yox, sirli məsələdir. Yerusəlimdə halal quzu əti var, belə bir qıtlıq yoxdur. Hətta nazir xüsusi sertifikasiyası olan quzu əti yemək istəməsə belə, halal ət tapa bilərdi. Yerusəlimdə və Qərb Sahilində müsəlmanlar çoxdur, quzu əti satır və yeyirlər. Bəlkə ona görə ki, azərbaycanlı nazir şiə müsəlmanıdır və Qərb sahildə sünnilərin kəsdiyi halal əti yemək istəmir? Yəni azərbaycanlı nazir belə vasvasıdır?

360Dunk: Yaxşı ki, 50 kq əti sərhəddən şalvarında keçirmək istəməyib.

BcemXAHA: Axmaq adam, İsrail qoyunları Azərbaycanda olanlardan daha dadlıdır.

360Dunk: Çeynəmək xeyirli şeydir.

Məncə, əlavə şərhə ehtiyac yoxdu. Görün, nə qədər adam Azərbaycan adlı bir məmləkətin nazirini hansı formada tanıdı. Üstəlik, ona “axmaq adam” deyən də tapıldı. Onsuz da dünyada Azərbaycanı neftini su kimi ona-buna satan, anti-demokratik, insan haqları ayaqlar altına atılan, rüşvət və korrupsiyada lider olan, milyonları göyə sovrulan, məhkəməsi, parlamenti, bələdiyyəsi belə saxta olan ölkə kimi tanıyırdılar. Qoy indi də, naziri ətyeyən bir ölkə kimi tanısınlar, nə olacaq ki?...

Şəxsən məni başqa məsələ narahat edir. Son aylar Azərbaycanda ətin qiyməti sürətlə artır. İqtisadçılarımız da dünyanı bir-birinə qatırlar ki, ətin qiyməti filan-filan səbəbdən qalxır. Bəzi həmkarlarım da yazırdı ki, guya ərəb şeyxləri ətimizi alıb aparır deyə bahalaşma olur. Sən demə, səbəb şox sadəymiş. Ətin qiymətini qaldıran elə nazirlərmiş. Yəqin ki, həmin naməlum nazir tək deyil, onun kimi yeyib-içən həmkarları çoxdur. Pulları var deyə, hərəsi bir yerə gedəndə 50 kq ət alıb aparsalar, sözsüz ki, bahalaşma da olacaq.

Əziz yeyib-içən nazirlərimiz, təkcə özünüzü fikirləşməyin, bir ətrafınıza da baxın(ətrafınız deyəndə, xalqı nəzrərdə tutram- Z.Ə.). Axı əti xoşlayan yalnız siz deyilsiniz, başqaları da var. Elə mənim özüm də ət yeyənəm. Ona görə də hərə öz payını yesə, yaxşı olar. Bir də mənim ət payımı səfərə gedəndə aparmayın, sonra da gömrükdə tutub yandırmasınlar, heyifdi...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031