Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Taleh Şahsuvarlı : Mütəllibovun ərkanı, Fətullayevin məkanı

  Sayta qoyulub: 16:12 15.08.2011 (638 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayaz Mütəllibova heç zaman simpatiyam olmayıb. Zaman-zaman Mütəllibovun siyasi faktor kimi qabardılmasına və onun getdikcə tükənən resurslarından indiki hakimiyyətə qarşı istifadə edilməsinə etiraz etmişəm. O sadə səbəbə görə ki, Mütəllibov Azərbaycanın ilk prezidentindən daha çox, Rusiyanın Bakıdakı son valisi idi.
"Zamanın ruhu" və xalq hərəkatının qəzəbi qarşısında ilk prezident olmuşdu, özü də halal və mərd şəkildə olmamışdı. Azərbaycanın SSRİ-nin tərkibində saxlanması üçün referendum keçirmişdi, İranda "QKÇP"-yə dəstək vermişdi, qondarma səsvermə ilə özünü dövlət başçısı elan etmişdi, nəhayət, istefa verəndən sonra hakimiyyəti ələ almağa cəhd göstərib bütün rəqiblərini hədələmişdi.
Elə ölkənin iç bölgələrinə, lap elə Mərdəkan bağlarına yox, Türkiyəyə yox, Avropaya yox, Rusiyaya qaçan adam da Azərbaycanın ilk prezidenti yox, Rusiyanın Bakıdakı son valisi idi.
Müstəqil Azərbaycanın gerçək prezidenti ya zəlzələdən, ya vəlvələdən postunu tərk etmək zorunda qalanda Rusiyaya üz tuta bilməz, Kremlə sığına bilməz; Kremlə sığınan, Rusiyaya üz tutan liderdən nə desən gözləmək olar.
Bu xarakterdə olan siyasətçi nəyə desən, hara desən gedər.
Hətta Heydər Əliyevin məzarı başına da... Ayaz Mütəllibovun Heydər Əliyevin qəbrini ziyarət etməsinə və İlham Əliyevə yarınmasına qəzetlərdə və siyasi kluarlarda iki yanaşma var.
Birinci yanaşma budur ki, oğlunun müalicəsini Heydər Əliyev Fondu etdirdiyinə, mərhum övladının yasında iştirak etmək üçün Bakıya qayıtmasına razılıq veriləndən sonra Heydər Əliyevin, Zərifə Əliyevanın məzarını ziyarət etmək, İlham Əliyevdən məmnunluq sərgiləmək Mütəllibovun mənəvi borcu idi.
Bu halda məsələyə mentalitetdən, milli-mənəvi dəyərlərdən, atalıq hissindən yanaşılır və razılaşaq ki, bu yanaşmada empatik nüanslar var.
İkinci yanaşma budur ki, Mütəllibov vətəndə ölmək istəyir və təbii ki, ölənə qədər də gününü-güzəranını "eks-prezident" statusundan yararlanaraq bir bağ evində keçirmək niyyətindədir.
Bu yanaşma da haqlı nüanslar çoxdur. Mütəllibov yaşda olanlar, siyasi dalğaları izləmək, fürsət axtarmaq əvəzinə Xəzərin ləpələrinə tamaşa etsələr yaxşıdır. Dəniz kənarı çox gözəldir, çox... Amma son açıqlamasından sonra narahatam ki, Mütəllibov dəniz kənarına çəkilməyəcək.
Moskvadamı yaşayacaq, Bakıdamı qalacaq? Heç fərq etməz... Bu günə qədər Azərbaycanın müstəqilliyinə qarşı, Heydər Əliyevə qarşı alət olan Mütəllibov bundan sonra İlham Əliyevin siyasi maraqlarının lehinə susmalı və ya danışmalı olacaq.
Susanda da, danışanda da ixtiyarı öz əlində olmayacaq. Bəlkə Sizə qəribə görünəcək, amma Rusiyanın son valisinə, Azərbaycanın ilk prezidenti statusu verərək, dilinin qısaldılmasını, ölkədə və nəzarətdə saxlanması, zənnimcə, dövlətçilik maraqlarımız baxımından müsbət qiymətləndirilməlidir.
Və mənim Ayaz Mütəllibovun hərəkətinə etirazım da məhz dövlətçilik ənənələrinə istinadəndir, yoxsa Azərbaycan siyasətinə təsir baxımından o, sambalını itirmiş fiqurdur.
Mütəllibov özünü Azərbaycanın ilk prezidenti sayırsa, Heydər Əliyevlə yanaşı Əbülfəz Elçibəyin də məzarını ziyarət etməli idi.
Məsələnin siyasi tərəflərini qoyuram bir qırağa. Məsələnin milli-mənəvi dəyərlər tərəfini də qoyuram bir qırağa.
Sırf insani açıdan yazıram.
Axı Mütəllibovun mərhum oğlunun Heydər Əliyev Fondunun maddi dəstəyinə ehtiyacı olduğu kimi, Əbülfəz Elçibəyin ailə üzvlərinin də maliyyə problemləri var və həmin problemlərin həllinə kömək edəcək "Eks-prezidentlər haqqında" Qanun məhz Mütəllibovun ucbatından illərdir qəbul olunmur.
Fəhmin Hacıyev yaxşı açıqlama verib: "Elçibəyin məzarını ziyarət etməyə Mütəllibovun dövlət tərbiyəsi çatmadı".
Mütəllibovun dövlət ərkanı heç zaman olmayıb. Bu cür düşüncəyə, ərkana, xaraktersizliyə malik fiqur əgər hakimiyyətdə qalsaydı, Azərbaycanı "Qardaşlıq" və "Tövbə" kimi cəmiyyətlər xarabaya çevirmişdi.
İqtidarını bir az da sürdürsəydi, bu günlərdə Ayaz Mütəllibova sırf siyasi mədəniyyət sərgiləyib başsağlığına gedən İsa Qəmbəri, Əli Kərimlini, Sərdar Cəlaloğlunu, Azərbaycan jurnalistlərini Hacı Əbdül "Azadlıq" meydanında bir-bir şallaqlayacaqdı.
Azərbaycan jurnalistlərindən söz düşmüşkən. Deyirlər, Eynulla Fətullayev də Heydər Əliyevin portreti olan bir xalça asıb başının üstündən.
AXCP sədri Əli Kərimli cəmiyyətin Eynulla Fətullayevdən açıqlama gözlədiyini deyir.
Yazmışdım bir dəfə. Eynulla Fətullayev türmədən çıxan kimi Əli Kərimli ilə qovğaya girəcək.
"Atışma"larını "Bizim yol" qəzetindən oxudum.
Əli Kərimli haqlıdır.
İllərdir demokratik cameənin dəstəyini görmüş məhbus olaraq Eynulla Fətullayev Heydər Əliyevin rəsmi olan xalçanı cəmiyyətə izahatsız başının üstündən asa bilməz. Onu "vergi qaçaqçısı" kimi içəri basan iqtidarın cəngindən "vicdan məhbusu" kimi çıxaranlara bolşevik deyə çəmkirə bilməz.
Eynulla Fətullayev Heydər Əliyevin portrenin baş üzərindən asılmasının "marka toplamaq" olmadığını və özünün də ictimai-siyasi məzmun daşıyan adam olaraq istədiyi şəkli istədiyi zaman başının üzərindən asa bilməyəcəyini bilən biridir. Odur ki, Eynullanın cəmiyyətə daha səmimi bir açıqlama verməsi gərəkir.
Cəmiyyətin bir üzvü olaraq o açıqlamanı məğzindən asılı olmayaraq qəbul etməyə hazıram, yetər ki səmimi olsun. Amma bu məqamda səmimi olması gərəkən təkcə Eynulla Fətullayev deyil.
Məsələn, Zəlimxan Məmmədlini Heydər Əliyevin büstünə gül qoyduğu üçün KXCP-dəki postundan endirtdirən yazarların Fətullayevin xalçalı kabinetinə qonorar üçün gedib-getməyəcəklərini indidən bildirmələri daha səmimi olardı. Şahvələd Çobanoğlunun, Hacı Zaminin, Elnur Astanbəylinin, "əqidə müfəttiş"liyi yapmış digər yazarların Fətullayevin başı üzərindəki "portretli xalça"ya münasibət bildirməsi daha səmimi olardı.
Axı həmin yazarların zaman-zaman iqtidara satılmaqda suçladığı hüquq müdafiəçilərinin heç birinin başı üzərində belə xalça yoxdur.
Novella Cəfəroğlunun kabinetində isə, dəqiq bilirəm, Əbülfəz Elçibəyin portreti var.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#Taleh Şahsuvarlı bölümünün son 20 xəbəri:



#Taleh Şahsuvarlı bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031