Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Prezident İlham Əliyev hökumətdə struktur dəyişikliklərinə start verdi

  Sayta qoyulub: 19:51 19.05.2009 (2069 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev hökumətdə struktur dəyişikliklərinə start verdi

Komitə sədri Kərəm Həsənov Arif Qaraşovu özünə tabe etdirdi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 19-da Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılmasın haqda sərncam imzalayıb. Sərnəcama əsasən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilərək, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradılıb. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ləğv edilərək, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılıb.

Prezidentin digər sərəncamı ilə Kərəm Əvəz oğlu Həsənov DƏİEDK sədri vəzifəsindən azad edilərək, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri təyin edilib.

Sərncamdan göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ləğv edilərək, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılıb.

Bu isə o deməkdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun karyerası ciddi təhlükə ilə üzləşib. Yeni yaraniış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasnaməsi və strukturu təsdiqlənəndən sonra Arif Qaraşovun bu qurumun rəhbərliyinə gətirilməsi real görünmür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmək Məsələləri Dövlət Komitəsinə tabe olması Arif Qaraşovun bundan sonra Kərəm Həsənovun işçisi kimi fəaliyyət göstərəcəyi anlamına gəlir. Burdan isə belə qənaətə gəlmək olar ki, Kərəm Həsənov-Arif Qaraşov qarşıdurmasının qalibi birinci tərəf oldu. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yenidən formalaşdıqdan sonra bu qurumun rəhbərliyinə Kərəm Həsənova yaxın olan başqa bir kadrın gətirilməsi də istisna olunmur.

Məlumatlara görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin tabeliyinə verilməsi barədə müzakirələr 2005-ci ildən başlayıb. Müstəqil İnformasiya Agentliyinə verilən bilgiyə görə, həmin vaxt Arif Qaraşov hakimiyyətin yuxarı eşelonunda təmsil olunan himayədarlarının dəstəyi ilə bu planın qarşısını ala bilib. Məhz onun səyi nəticəsində 2005-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxaraq, müstəqil qurum kimi fəaliyyətə başladı. Amma bu gün imzalanmış sərəncamlar Arif Qaraşovun hakimiyyət dairələrindəki nüfuzunun xeyli aşağı düşdüyünü göstərir.

Müşahidəçilər Arif Qaraşovun «vurulmasının» ciddi siyasi səbəblərlə bağlı olduğunu düşünürlər. Onların qənaətinə görə, Xidmət rəisi 2008-ci il prezident seçkiləri zamanı son illər Bakıda 500 min qanunsuz tikilinin inşa edildiyini və həmin evlərin söküləcəyini bəyan etməklə hakimiyyət üçün ciddi problemlər yaradıb. Arif Qaraşovun «vurulmasında» onun prezident seçkiləri ərəfəsində yüz minlərlə insanı hakimiyyətin siyasətindən narazı salmasının da rol oynadığı bildirilir.

Sonda qeyd edək ki, Kərəm Həsənovla Arif Qaraşovun münasibətləri həmişə gərgin olub. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti arasındakı mübahisələr dəfələrlə məhkəmə predmetinə çevrilib. Bu isə Arif Qaraşovun Kərəm Həsənovun rəhbərliyi altında uzun müddət fəaliyyət göstərməsinin çətin olduğunu söyləməyə əsas verir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829