Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Səbuhi Rəhimli : Mart “kiçik qiyamət” vəd edir

  Sayta qoyulub: 12:10 15.03.2011 (757 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbuhi RƏHİMLİ
astroloq, “Qoroskop” qəzetinini baş redaktoru

sebuhi_rehimli@list.ru
www.qoroskop.com


Ay Yerə yaxınlaşır, Yer oxundan tərpənir, sutka qısalır, iqlim soyuqlaşır…

Martın ilk həftəsindən Ay sürətlə Yerə yaxınlaşmaqdadır. Sonuncu dəfə 1992-ci ildə baş verən bu yaxınlaşma planetimiz üçün çox dəhşətli fəsadlar yaratmışdı. Həmin il dünyada və ölkəmizdə nələr baş verdiyini yəqin ki, unutmamısınız. Martın 4-dən start götürən yaxınlaşma prosesi martın 19-da ən qısa məsafədə - 356,5 min kilometrlikdə dayanacaq. Hələ ilk günlərdə tədqiqatçılar deyirdi ki, 19 ildən bəri astrofiziklərin, fotoqrafların gözlədikləri bu astronomik hadisə dünyaya özü ilə nəhəng təbii fəlakətlər gətirəcək. Dünya mətbuatına açıqlama verən alimlər 2011-ci il yaxınlaşması barədə qorxulu proqnozlar söyləyiblər. Məsələn, martın 7-də, Yaponiya zəlzələsindən 4 gün öncə onlar demişdilər ki, yaxınlaşma Yer iqliminə əməlli-başlı təsir edəcək. Bu, ilk növbədə dünyanın hər yerində zəlzələ və vulkan ocaqlarının fəallaşması ilə müşayiət olunacaq.

Bu vaxta qədər planetimizə kosmik peykin yaxınlaşması halları bir neçə dəfə baş verib. Onlardan ən qorxuluları 1955, 1974, 1992 və 2005-ci illər sayılır. Məhz göstərilən illərdə meteoroqlar ekstremal hava şəraitinin kəskin dəyişdiyini, özü ilə böyük bədbəxtlik gətirdiyini müşahidə etmişlər. 2005-ci ilin yanvarında baş verən sonuncu, ikihəftəlik Ay-Yer yaxınlaşması elə həmin ay İndoneziyada on minlərlə insanın həyatına son qoyan dəhşətli sunami ilə nəticələndi. 1974-cü ildə isə Avstraliyada katoliklərin keçirdiyi Mövlud Bayramı günlərində baş verən “Treysi” siklonu qitənin Darvin şəhərini tamamilə suya qərq etmişdi. Qorxulusu odur ki, 19 mart 2011-ci ilin astronomik yaxınlaşması əvvəlkilərdən daha təhlükəli və daha dağıdıcı miqyasa malikdir. Çünki budəfəki yaxınlıq həftələri, ayları deyil, azı bir ili əhatə edəcək. Bu isə ilk növbədə atmosfer təzyiqinin qəfil və kəskin dəyişmələrinə, oynamalarına səbəb olacaq, qütblərdə sürüşmələri gücləndirəcək, iqlimdə kəskin soyuqlaşma görünəcək, kütləvi xəstəlikləri artıracaq, zəif orqanizmə malik əksər insanların ölümünə səbəb olacaq. Qısası, belə yaxınlaşmalarda çoxminlik insan itkisi həmişə qaçılmaz olur.

Budəfəki Ay-Yer yaxınlaşması özünü 8 gün əvvəl, martın 11-də Yaponiyadan göstərdi: 9 bala yaxın zəlzələ, dalınca nəhəng sunami, 2 mindən artıq insan tələfatı, Yer kürəsinin öz oxundan 15 santimetr sürüşməsi, sutkanın qısalması, 53 ölkədə təhlükəli vəziyyətin elan olunması və s. Bunun da üstünə Demokratik Konqo Respublikasında öz dəhşətli fəsadları ilə tarixə düşən Nyiraqonq vulkanının yenidən fəallaşmasını gəlsək, gözlənilən fəlakətin miqyasını təyin etmək o qədər də çətin deyil. Martın 19-na qədər və sonrakı ərəfədə nələrin baş verəcəyini isə nə seysmoloqlar, nə astrofiziklər, nə də meteoroqlar dəqiq bilirlər.

Dəqiq bilinən odur ki, bütün bu baş verənlər hələ Qiyamət demək qənaəti sərgiləmir. Beynəlxalq Radioastronomiya Mərkəzində fəaliyyət göstərən tədqiqatçı-alim Pit Uiller son olayların dünyanın axırını gözləməyə əsas vermədiyini söyləyir: “Planetimizdə zəlzələ və vulkanlar, o cümlədən digər təbii fəlakətlər həmişə olub və olacaq. Amma məlum astronomik olay onların gücünü və miqyasını bir neçə dəfə artıracaq. Məhz bu səbəbə görə, müəyyən qədər narahat olmağa əsas var”.

Avstraliyalı astronom Devid Reneke də öz həmkarının fikirlərinə dəstək olub. O, bildirib ki, kosmik aləm də bir orqanızm kimidir: “Hər hansı kometin, meteoritin Yerə yaxınlaşması, Ayın bədirlənməsi, gün və aytutulması, planetlərin “paradı” kosmik orqanizmdə mütləq fəsadlar törədr. Bunun da üstünə astroloji meyarları, bürclərin aktivlik dərəcələrini gəlsək, o zaman nəinki Yerdə, bütünlüklə Günəş sistemində fəlakətin miqyasını və ondan qorunma üsullarını öyrənmiş olarıq”.

Azərbaycanda da bu kimi fəsadların baş verib-verməyəcəyi barədə bizə çoxsaylı suallar ünvanlanır. Amma xatırlayırsınızsa, ilin əvvəlində də saytınıza bildirdiyim kimi, bu il ölkəmizdə kütləvi ölümlə nəticələnən hər hansı təbii fəlakət baş verməyəcək. Ayın Yerə maksimal səviyyədə yaxınlaşması isə meteo-həssas insanlar üçün təhlükəlidir – epilepsiya, sinir və ürək xəstələri mümkün qədər diqqətli olmalıdırlar. Axı Ay bizim emosiyalarımızı, fikir və duyğularımızı, əsəb sistemimizi idarə edir?! Təcrübə göstərir ki, Yerin təbii peyki qadınların səhhətinə birbaşa təsir edir, belə hadisələr zamanı uşaqsalma halları, doğuş vaxtı problemlər də baş verir. Bu səbəbdən deyilən kateqoriyaya aid xanımlarımız daha diqqətli olmalı, həkim nəzarətindən kənara çıxmamalıdırlar.

Azərbaycanda daha hansı təhlükənin baş verəcəyi haqqında həmkarım Hacı Firudin Qurbansoyla da söhbət etmişəm. O, qorxmağa ciddi əsas olmadığını bildirsə də, ölkəmizdə təbii fəlakətlərin qaçılmaz olduğunu dilə gətirdi: “Ümumiyyətlə, bütün dünyada zəlzələlər iri miqyas alacaq. Azərbaycanda isə böyük fəlakətlər gətirməyən torpaq sürüşmələri baş verəcək, yüngül zəlzələlər artacaq. Suyun torpağı yuması prosesi xüsusilə müşayiət olunacaq. Ona görə Fövqəladə Hallar Nazirliyi işlərini dürüst tutmalıdır ki, itkilərimiz çox olmasın. Yoluxucu xəstəliklər, xüsusən də “sevgi” yönümlü zöhrəvi xəstəliklər çoxalacaq”.

Dünyanın sonu haqqında insanları narahat edən sualımızı cavablandıran F.Qurbansoy çox maraqlı şərh verdi: “Qiyamət günü Allah-təalanın yanındadır. Allah onu heç Peyğəmbərinə (s) belə açmayıb. Başa düşə bilmirəm ki, bu iddiada olanlar hansı fikrə əsasən Qiyamət gününü dəqiq vaxtına qədər (?) müəyyənləşdiriblər? Deyilənlər idiotizmdən başqa bir şey deyil. Mayyalıların təqvimi hamımızın masası üstündə var, yozumunu isə Amerikanın lazımi institutu hazırlayır. Bu, ancaq bəşəriyyətin az savadlı, az məlumatı olan təbəqəsini həmişə qorxu altında saxlamaq üçün düşünülən bir oyundur. Belələri isə çoxluq təşkil etdiyindən böyük insan ordusunun ruhdan düşməsi, halsız olması, gələcəyə, sabahlarına ümidlərinin olmaması bəzi qüvvələrin xeyrinədir. Yəni, onlar istədikləri mallarını xalqa sata bilirlər. Belə adamların düşüncəsinə “bu günlə yaşa” ideologiyasını qoya bilirlər. Bu gün insan beyinlərinə “əlindən nə pislik gəlirsə, edə bilərsən” ideologiyasını qoyurlar. Bununla da insanlar siyasi qüvvələrin, hansısa super dövlətlərin fətholunmamış köləsinə çevrilir. Bu, məlum bir şeydir. Bu mənada dünyanın sonunun bu il və ya gələn il olmadığını qəti əminliklə deyə bilərəm. Əgər həqiqətən belə bir şey baş versəydi, amerikalı başbilənlər 2038-ci il üçün proqramlar, müqavilələr deyil, özləri üçün məzar hazırlardılar”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031