Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : SƏMƏD SEYİDOV: “BUNLAR İSƏ BİZƏ SİYASI MƏHBUSLAR ÜZRƏ MƏRUZƏÇİ TƏYİN EDİRLƏR”

  Sayta qoyulub: 16:29 19.03.2009 (1115 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

SƏMƏD SEYİDOV: “BUNLAR İSƏ BİZƏ SİYASI MƏHBUSLAR ÜZRƏ MƏRUZƏÇİ TƏYİN EDİRLƏR”

“Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib-etməyəcəyi məlum deyil. Biz bu məsələ ilə bağlı öz mövqeyimizi bildirmişik”. “Media forum” saytının məlumatına görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov martın 19-da jurnalistlərə açıqlamasında deyib.
S.Seyidov bildirib ki, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması məsələsi AŞPA-nın İnsan Haqları Komitəsinin martın 23-24-də Berlində keçiriləcək iclasında müzakirə ediləcək: “Əgər komitə xüsusi məruzəçi təyin etsə, bu, qeyri-obyektiv qərar olacaq. Azərbaycan xüsusi məruzəçinin təyin olunmasından heç nə itirməyəcək. Ancaq komitə belə bir qərra qəbul etsə, öz imicinə zərbə vuracaq və Azərbaycanla Avropa Şurası arasında münasibətlərə mənfi təsir göstərəcək”.

Martın 17-də Milli Məclisin verdiyi amnistiyanın icrası başa çatandan sonra Azərbaycanda hər 100 min vətəndaşa düşən məhbusların sayının 188 nəfərə enəcəyinin xatırladan S.Seyidov bildirib ki, bu, Şərqi Avropa ölkələrinin göstəricilərinə çatmaq deməkdir: “Bunlar isə bizə siyasi məhbuslar üzrə məruzəçi təyin edirlər. Bu ən azı gülməli görünür. Azərbaycanda siyasi məhbus yoxdur”.

Nümayəndə heyətinin rəhbəri amnistiyanın siyasi məhbuslar üzrə məruzəçinin təyinatı məsələsinə necə təsir etdiyinə dair sualı cavablandırmayıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829