Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Zaur Əhməd : Səfərin sahibsiz əsgərləri

  Sayta qoyulub: 16:54 27.02.2011 (1207 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi xidmətdən qayıdandan sonra "Reallıqdan doğan acı təəssüratlar" başlıqlı xatirələrimdə orduda başıma gələnlərdən yazmışdım. O zaman qeyd etmədiyim bir sıra məqamları bu gün oxucularla bölüşmək istəyirəm.

2002-ci ilin yay aylarında Ağcabədidə yerləşən "N" saylı hərbi hissədə qulluq edirdim. Zəif qidalanmadan, kəskin istidən xəstələnmişdim. Həkimlərin diaqnozuna görə, məndə günvurmanın ağır forması idi. Əgər gündə 6 saatdan bir pensilin iynəsinin yumşaq yerimizə vurulmasını müalicə saymaq olardısa, Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən hərbi hospitalda müalicə alırdım. Hospitalda ilk günlərim idi, hələ yaxşılaşmamışdım. Haramı düzünün boz torpaqlı düzənliyinin rəngi üzümə hopmuşdu, o qədər arıqlamışdım ki, paltar əynimdə dayanmırdı. Belə bir vaxtda xəbər verdilər ki, yanına gələn var. Görüş üçün nəzərdə tutulan yerə getdim. Gələn rəhmətlik nənəm idi. Yaxınlaşıb səsimi çıxarana kimi məni tanımadı. Çünki xeyli dəyişmişdim. Nənəm daha yaxşı göründüyüm üçün yox, necə deyərlər, iynə deşiyindən keçəcək qədər arıqladığım, adam cildindən çıxdığım üçün məni tanımamışdı.

Görüşə gələn valideynlərin hamısının üzündə dərin bir kədər vardı. Hamı övladının üzünə baxıb dəhşətə gəlirdi. Hətta özünü saxlaya bilməyib ağlayanlar da var idi. Nənəm çox iradəli, dözümlü arvad idi, ağlamırdı. İllər öncə oğlunu Vətən yolunda şəhid verəndən sonra ağlamağı da unutmuşdu. Ancaq onun da daxilən necə sarsıldığını hiss edirdim. Nənəm boxçasını açıb Allah verəndən masaya qoydu. Bir-iki tikə yeməmişdim ki, yan masadakı mənzərə boğazımı kilitlədi. Bədəncə məndən elə də seçilməyən arıq bir oğlan, orta yaşlı qadın və 10-12 yaşlı oğlan uşağı masada oturmuşdular. Sonradan öyrəndim ki, gələnlər əsgərin anası ilə balaca qardaşıdır. Qadın gözlərini arıqlamış, rəngi bomboz olmuş, beli xəstəlikdən bükülmüş oğluna zilləmişdi. Göz yaşları muncuq kimi yanaqlarından süzülürdü. Bir müddət əsgər oğluna baxan ana baxışlarını yanındakı digər oğluna yönəltdi və dərindən köks ötürdü. Mən onun ürəyindən keçənləri anladım. Şübhəsiz ki, oğlunu bu vəziyyətdən görən ana o biri övladını əsgərliyə göndərməmək üçün düşüncələrə qərq olmuşdu. Heç bir valideyn övladının belə vəziyyətə düşməsinə razı olmaz. Sözsüz ki, Vənət uğrunda ölmək şərəfdir. Amma qidasızlıqdan, haqsızlıqdan, əxlaqsızlıqdan, ləyaqətsizlikdən və özbaşınalıqdan övladının bədbəxt olmasına seyrçi qalmaq mümkünsüzdür.

Bu günlərdə ordudan daha bir faciəli xəbər gəldi. 7 əsgərimiz güllələndi. Amma nə zaman, hansı şəraitdə, hansı səbəbdən - bu barədə məlumat verilmir. Müdafiə Nazirliyi isə özünü sudan quru çıxarmaq üçün müstəqil mətbuata "ağıl dərsi" keçir ki, ordudakı neqativ halları şişirtmək milli maraqlarımıza uyğun deyil. Yüz faiz əminəm ki, biz müdafiə nazirindən tutmuş, ordu generalitetindən daha çox milli maraqları güdürük. Biz haqlı yazırıq. Çünki həmin yeddi əsgərin valideynləri, eləcə də minlərlə digər əsgərin ata və anaları hansı səbəbdən belə bir hadisənin baş verdiyini bilmək istəyir. Onlara dəqiq cavab verilməlidir ki, sabah kimisə orduya apara bilsinlər.
Bu yerdə müdafiə nazirinin diqqətinə çatdırmaq istəyirəm: cənab general Əbiyev, nə qədər ki, orduda "dedovşina", ləyaqətətoxunma, əsgərin yeməyinə şərik çıxma, rüşvət olacaqsa, qüdrətli ordu yaratmaq mümkün olmayacaq!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031