Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Misir Mərdanov üçün 5 manat

  Sayta qoyulub: 15:57 17.05.2009 (1003 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən iki həftə sonra 2008-2009-cu tədris ili başa çatacaq. Əlacsızlıqdan övladlarını Misir Mərdanovun rüşvət yuvasına çevrilmiş məktəblərinə göndərmək məcburiyyətində qalan valideynlər həmin günü səbirsizliklə gözləyirlər. Yay tətili Tanrının zavallı valideynlərə verdiyi ən böyük şansdır.
Azərbaycanın təhsil sistemi müasir svilizasiyanın arxasınca sürünür. Körpə fidanlarımız ilk dəfə rüşvət verməyi məktəbəqədər təhsil müəssisələrində öyrənirlər. Sonra isə bağçada qazandıqları "təcrübəni" orta məktəbdə daha da təkmilləşdirirlər. Nəticədə gənc oğlan və qızlarımız müstəqil həyata əsl azərbaycanlı kimi qədəm qoyur, rüşvət verməyin, yaltaqlanmağın, gülməli yerdə ağlamağın, ağlamalı yerdə gülməyin "sirlərini" incəliklərinə kimi əxz edirlər.
Bir müddət öncə Dövlət Statistika Komitəsi (DSK) 2008-ci ilin ümumi yekunlarına dair hesabatını açıqlamışdı. Real rəqəmləri ört-basdır etməkdə mahir olan bu dövlət qurumu nə qədər çalışsa da, təhsil sistemindəki nöqsanları gizlədə bilməmişdi. Məlum olmuşdu ki, ölkənin əksər bölgələrində orta məktəbi bitirən hər 100 gəncdən cəmi üç-dördü ali məktəbə qəbul ola bilir. Köçkün məktəblərində isə vəziyyət daha acınacaqlı idi. Sən demə, son 10 ildə Saatlı, Sabirabad və İmişli rayonlarının ərazisində inşa edilmiş çadır şəhərciklərində, fin evlərində fəaliyyət göstərən orta məktəblərin bircə məzunu belə nəinki BDU-ya, verdiyi təhsilin səviyyəsinə görə texniki-peşə məktəblərindən fərqlənməyən ABU-ya da qəbul ola bilməyib. DSK-nın məlumatlarında həmçinin son bir neçə ildə Azərbaycanda mal-qaranın, xüsusilə də xırdabuynuzlu heyvanların sayının artdığı bildirilirdi. Burdan isə təxminən belə qənaətə gəlmək olar: əyalətlərdə orta məktəbləri bitirən əksər qızlar sağıcı, oğlanlar isə çoban olurlar.
Bu sətirləri klaviaturada döyəcləyərkən əlimə "Qərbi Azərbaycanın Səsi" qəzetinin sonuncu sayı keçdi. Təhsil sistemində mövcud olan nöqsanlardan bəhs edən məqalələrin birində valideynlərin şikayəti əksini tapmışdı. Bir qrup valideynin qəzetə verdiyi açıqlamada ən çox diqqətimi cəlb edən bu sətirlər oldu: "Məktəbdə rüşvətxorluq tüğyan edir. Deyirlər ki, övladlarınızın birinci növbədə oxumasını istəyirsinizsə, 50 manat verin. Ötən il hər şagirddən 30 manat yığmışdılar. Hər il "qiyməti" qaldırırlar. Şagirdlərdən hər ay 2 manat fondpulu yığırlar. Şəxsən Misir Mərdanov özü şagirdlərdən fondpulu yığılmasını qadağan edib. Necə olur ki, direktor naziri eşitmir? Həftədə bir dəfə uşaqlara müxtəlif fənlərə aid mənasız testlər satırlar. Bütün bayramlarda şagirdlərdən ən azı 20 manat pul yığırlar. İndi də təmirpulu yığmağa başlayıblar. Hər bir şagirdə tapşırılıb ki, may ayının 20-nə kimi 5 manat gətirsin. Bəs, dövlətin məktəblərin təmiri üçün ayırdığı pullar hara sərf olunur?"
Söhbətin hansı məktəbdən getməsinin heç bir əhəmiyyəti yoxdur. Bu hal ölkənin əksər orta məktəbləri üçün xarakterikdir. Müasir Azərbaycan məktəbi isə Misir Mərdanovun simasıdır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829