Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Pənah Hüseyn Bakıdakı cihad çağırışlarını İslam düşmənlərinin etdiyini deyir

  Sayta qoyulub: 16:29 09.05.2009 (1217 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Pənah Hüseyn Bakıdakı cihad çağırışlarını İslam düşmənlərinin etdiyini deyir

Xəbər verildiyi kimi, Bakının Nərimanov və digər rayonlarında «Azərbaycan Dövlət Neft Akademiyasında ölənlərin qanı yerdə qalmasın!», «Qana qan!», «Səbrə yox!» və s. məzmunlu çağırış vərəqələri yayılıb. Bəziləri bu çağırışları dini məzmun daşıdığına görə cihada çağırış kimi dəyərləndirirlər.

Müstəqil İnformasiya Agentliyinə açıqlama verən millət vəkili Pənah Hüseyn isə yayılan çağırış-vərəqələri provakasiya kimi qiymətləndirib: «Əgər kim bu cür qanunsuz çağırış vərəqələri yayırsa, məhkəmə onun cəzasını verməlidir. Ümumiyyətlə, bu cür addımları provakasiya hesab edirəm. Elementar təxribatdır».

Pənah bəy bu çağırışlarının dinlə əlaqələndirilməsini düzgün saymır. Onun sözlərinə görə, bu cü çağırışlar edənlər İslam dininin düşmənləridir: «Bütün bunları İslamın düşmənlərinin provokasiyası hesab edirəm. Bu, daxildən də, xaricdən də ola bilər. Əgər həmin çağırışlar bu qəbildəndirsə, elementar, çılpaq təxribat xarakteri daşıyır. Yəqin ki, bu vərəqələrin kimlər tərəfindən yayılmasını tapmaq çətin məsələ deyil. Xüsusi xidmət orqanlarının hansısa marağı yoxdursa, həmin vərəqələri yayanlar asanlıqla tapılacaq. Xüsusi xidmət orqanlarının belə vərəqələri yayanları tapmaması şübhə doğura bilər».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829