Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Bakıda ölümlə nəticələnən avtomobil qəzası baş verib

  Sayta qoyulub: 09:44 09.09.2010 (263 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Ötən gecə paytaxtın Xətai rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Yusif Səfərov küçəsində qeydə alınan qəza zamanı 32 yaşlı Əzizli Vüqar Tariyel oğlunun idarə etdiyi “Honda” markalı avtomaşın idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəzada sürücünün aldığı xəsarətlər ağır olduğundan o, hadisə yerinə çağrılmış təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin meydana gəlmə səbəbləri Xətai rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Toplanmış materiallar və ilkin subutların məhkəmə tibbi ilə avtotexniki ekspertizasına göndəriləcəyini deyən Xətai RPİ-nin müstəntiqi Elmar Quliyev, hadisəyə səbəb kimi yüksək sürəti göstərib.

Qeyd edək ki, qəza zamanı zərbənin gücündən avtomobil yol kənarındakı iki ağacı da kökündən çıxarıb. Qəza vaxtı maşın ərazidə yerləşən 27 saylı orta ümumtəhsil məktəbinin divarına çırpıldığından, burada da qəzanın izlərini görmək mümkündür.

Faktla bağlı Xətai rayon polis idarəsində cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829