Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : «Reytinq»in baş redaktoru Afiq Mirzəbəyli deputatlığa namizəd olmağı düşünür

  Sayta qoyulub: 16:33 08.09.2010 (512 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  «Reytinq»in baş redaktoru Afiq Mirzəbəyli deputatlığa namizəd olmağı düşünür

«Reytinq» qəzetinin baş redaktoru Afiq Mirzəbəyli parlament seçkilərində iştirak etməyi düşünür. Müstəqil İnformasiya Agentliyinin sualını cavablandıran A.Mirzəbəyli bildirib ki, 2005-ci ildə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputatlığa namizəd olub.

Amma indi MSK-nin seçki dairələrində apardığı dəyişiklik onu da seçki dairəsini dəyişmək məcburyyətində qoyub: «2005-ci ildə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputatlığa namizəd kimi kifayət qədər iş görmüşdüm və bu dəfə həmin dairədəki seçicilərin etimadını qazanmaq mənim üçün daha asan olacaqdı. Lakin Mərkəzi Seşki Komissiyası bu dəfə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd dairəsini 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinə çevirib. Bu dairədəki füzulili seçicilər isə 83 saylı Ağcabədi–Füzuli seçki dairəsində səs verəcəklər. Yəni, seçicilərim iki dairə arasında bölünüb. Mənə dəstək verən seçicilərin böyük hissəsi isə 83 saylı Ağcabədi–Füzuli dairəsində olduqları üçün bu dairədən namizəd olamaq məcburiyyətindəyəm. Hər halda, bu dairədə uğur əldə etmək imkanlarım böyükdür».

A.Mirzəbəyli yeni formalaşdırılan 83 saylı Ağcabədi–Füzuli seçki dairəsində real vəziyyəti qiymətləndirib, həmin bölgədəki bəzi seçicilərlə və nüfuzlu şəxslərlə məsləhətləşdikdən sonra namizəd olacağı ilə bağlı qəti qərarı verəcəyini deyib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829