Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Hamını susdurmaq cəhdi

  Sayta qoyulub: 15:28 08.09.2010 (605 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Hadı Rəcəbli ölkə telekanallarında efirə gedən sosial məzmunlu verilişlərin bağlanmasını tələb edib. Sən demə, Hadı müəllim saysız-hesabsız problemlərin məngənəsində çabalayan Azərbaycan qadınlarının efirdə göz yaşı axıtmasını mentalitetimizə zidd hesab edirmiş...
Açığını deyim ki, cənab deputatın bu qədər ürəyiyumşaq adam olduğunu bilmirdim. Əslində, məndə günah yoxdur. Axı, mətbuat səhifələrində humanizmdən dəm vuran Hadı müəllim bir dəfə də olsun Milli Məclisin tribunasından həmin problemləri dilə gətirməyib. Maraqlı mənzərə yaranıb: Hadı Rəcəbli danışmır, üstəlik, danışanların da ağzını yummaq istəyir. Bəs, bu camaatın problemlərini kim dilə gətirsin?
Azərbaycanlıların sosial problemlərin ağırlığı altında əzildiyini heç kim inkar etmir. Buna görə də son vaxtlar ölkə telekanallarında sosial məzmunlu verilişlərin sayı artıb. Bəndəniz də dəfələrlə belə verilişlərin qonağı olub. Hadı müəllim qədər humanist olmasam da, auditoriyada göz yaşı axıdan zavallı insanları görəndə mənim də ürəyim ağrıyır. Amma hörmətli millət vəkilindən fərqli olaraq, heç vaxt ağlımdan hansısa verilişi bağlatmaq keçmir. Əksinə, əlləri hər yerdən üzülmüş köməksiz insanların problemlərini ictimailəşdirdiyi üçün "Sən tək deyilsən"in aparıcısına təşəkkür etmək istəyirəm.
Gəlin, bir suala cavab tapaq: sosial məzmunlu verilişlərə kimlər çıxır? Əlbəttə, bu sualın cavabı çoxlarına aydındır. Yaşadıqları rayonlarda dərdlərinə çarə tapa bilməyən adamlar sonuncu ümid yeri kimi televiziyaları görürlər. Elə bilirsiniz, 9 milyon insanın qarşısında öz dərdini dilə gətirmək asandır? Mən, bu insanların nə qədər əzab çəkdiklərini verilişdən əvvəl də, sonra da öz gözlərimlə görmüşəm. Əgər yaşadıqları rayonlarda bir Allah bəndəsi bu adamların problemlərilə maraqlansa, onlar qonşudan borc alıb Bakıya gəlməzlər. Rayonlardakı "kiçik padşah"lar, rüşvətxor prokurorlar, qəddar polis rəisləri, vicdansız hakimlər onları dinləmədiyi üçün bu adamlar küçələrə düşüblər. Hadı müəllimdən fərqli olaraq, mən heç vaxt efirdə göz yaşı axıdan zavallı insanları qınamıram. Onlarda günah yoxdur. Günah onları ağlar qoyan yaramaz məmurlardadır. Bu cür məmurlara qarşı nifrətimizi hər fürsətdə dilə gətirməkdən çəkinməməliyik.
Ölkə telekanallarında efirə gedən sosial məzmunlu verilişlərin bağlanması təkcə Hadı müəllimin deyil, əlində səlahiyyəti olan, amma vəzifəsinin öhdəsindən gələ bilməyən bütün məmurların arzusuudr. Əhalinin problemlərini həll edə bilməyən bu adamlar yeganə çıxış yolunu camaatın ağzını yummaqda görürlər. Bu adamların ən böyük arzusu danışan dilləri kəsmək, hamını susdurmaqdır. Arzunuz gözünüzdə qalar, inşallah!

P.S. Təkcə Bakıda deyil, Azərbaycanın bütün rayonlarında "qul bazarları" fəaliyyət göstərir. Ümid edirəm ki, ölkə telekanallarında efirə gedən sosial məzmunlu verilişlərin bağlanmasını tələb edən Hadı Rəcəbli bir dəfə də hökumət qarşısında yeni iş yerlərinin açılması tələbilə çıxış edəcək. Axı, Milli Məclisin sosial siyasət komitəsinin sədri kimi bu, birbaşa onun vəzifə səlahiyyətlərinə daxildir...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829