Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Bayramda hava soyuyacaq, rayonlara leysan yağacaq, dolu düşəcək

  Sayta qoyulub: 10:36 08.09.2010 (240 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayramda hava soyuyacaq, rayonlara leysan yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında Ramazan bayramının ilk günü dəyişkən buludlu, yağmursuz hava müşayiət ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 26-29°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° olacaq.

Sentyabrın 10-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 20-23° təşkil edəcək.

Sentyabrın 11-də də buludlu hava davam edəcək. Gündüz arabir açılacaq. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-17°, gündüz 20-23° olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 9-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 27-32°, dağlarda gecə 10-15°, gündüz 18-23° olacaq.

Sentyabrın 10-11-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda güclənəcək, 11-də gündüz şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 22-26°, dağlarda gecə 8-12°, gündüz 15-18° təşkil edəcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829