Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : İlham Əliyev "Sel qaçqınları"na yeni evlərin açarlarını təqdim edib

  Sayta qoyulub: 16:07 07.09.2010 (326 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev "Sel qaçqınları"na yeni evlərin açarlarını təqdim edib

Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni mənzillər tikilib istifadəyə verilib.

Sentyabrın 7-də yeni mənzillərin orderləri sahiblərinə təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı əvvəlcə təbii fəlakət nəticəsində dağılan evlərin və yeni mənzillərin fotolarına baxıb.

Prezident İlham Əliyev kənd sakini Mərhəmət Yaqubovun mənzilində olub, burada yaradılan şəraitlə maraqlanıb. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni evlər bütün zəruri avadanlıqla təchiz edilib.

Məlumat verilib ki, Kür çayının məcrasından çıxması nəticəsində Hacıqabul rayonunun Meyniman kəndində 35 ev tamamilə uçub, 64 ev qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, digər kənd və qəsəbələrlə yanaşı, meynimanlıların da problemləri diqqətdə saxlanılıb. Uçmuş evlərin yerində 22 ev tikilib. Bu evlərdə zəruri infrastrukturun yaradılması, həyətyanı sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirilib. Müasir üslubda tikilən evlərdən 15-i ikiotaqlı, 3-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Dağılmış evlərin ümumi sahəsi 1539 kvadratmetr olduğu halda, yeni evlərin ümumi sahəsi 2150 kvadratmetrə bərabərdir. Hazırda kənddə yeni evlərin inşası davam edir. Bununla yanaşı, kənddəki 21 evdə bərpa-gücləndirmə işləri aparılır. 43 evdə cari təmir işləri aparılması üçün ziyan çəkmiş sakinlərdən 110 nəfərinə 109 min manatdan çox yardım verilib. Həmçinin daşqın nəticəsində Meyniman kəndinin dağılmış infrastrukturunun yenidən qurulması istiqamətində də iş gedir. Kəndə yeni yol çəkilir.
Yeni evlərin sahiblərini təbrik edən Prezident İlham Əliyev mənzillərin orderlərini və açarlarını sahiblərinə təqdim edib.

Kənd sakini Talıb Hüseynov və Safuraxanım Gözəlova onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829