Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : DİP sədri Asim Mollazadə Polşaya gedib

  Sayta qoyulub: 12:17 07.09.2010 (253 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

DİP sədri Asim Mollazadə Polşaya gedib

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Polşaya səfər edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Şərq Tədqiqatları İnstitutunun təşkilatçılığı ilə Krınisa şəhərində keçiriləcək İqtisadi Forumda iştirak etmədir.

A.Mollazadə Forumun «Post-sovet məkanı insanı - Siyasi və İqtisadi Dəyişilmənin Sosial Ölçüləri», «Şərq tərəfdaşlığı: effektiv mexanizm və ya şərti dəstək modeli?», «Yeni Türk Xarici Siyasəti və onun Təsirləri» panellərində məruzə edəcək. Partiya sədri birinci paneldə post-sovet ölkəsi olan Azərbaycanın yeni dəyərlər sisteminə keçid və uyğunlaşması yolunda əldə etdiyi nailiyyətlər, həmçinin qarşılaşdığı problemlərdən danışacaq. İkinci paneldə Avropa Birliyinin Şərq Tərəfdaşlığı layihəsinin effektiv tərəfdaşlıq mexanizminə çevrilməsinin yollarından, post-sovet ölkələrinin, eləcə də AB-nin bu layihədən əldə edə biləcəyi dividentlərdən bəhs edəcək. Üçüncü paneldə isə Türkiyənin Avropa Birliyinə inteqrasiyası, bu yolda qarşıya çıxan maneələr, Türkiyənin Yaxın Şərq və Cənubi Qafqaz regionunda oynadığı rolla bağlı fikirlərini bölüşəcək.

Forumda Avropa Birliyi və keçmiş SSRİ məkanı ölkələrindən, həmçinin ABŞ-dan dövlət məmurları, görkəmli siyasətçilər, işgüzar liderlər, bankirlər və ekspertlər iştirak edəcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829