Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Vitse-spiker Bahar Muradova cəbhə bölgəsində olub

  Sayta qoyulub: 15:35 06.09.2010 (239 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Vitse-spiker Bahar Muradova cəbhə bölgəsində olub

Milli Məclisin sədr müavini Bahar Muradova sentyabrın 4-dən 5-dək Füzuli rayonunda səfərdə olub. Milli Məclisin Mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfər çərçivəsində Bahar Muradova rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov və aidiyyəti qurumların rəhbərləri ilə birlikdə cəbhə xəttində dislokasiya olunmuş N saylı hərbi hissədə olub, şəxsi heyətlə görüşüb.

Görüşdə ölkə rəhbərliyinin ordu quruculuğu və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı məqsədyönlü siyasət və bundan irəli gələn vəzifələr haqda söhbət aparılıb. Şəxsi heyətin nəzərinə çatdırılıb ki, qələbənin əldə olunması yalnız büdcə və texniki imkanların artırılması ilə deyil, həm də daha çox Azərbaycan zabitinin və əsgərinin psixoloji durumundan, ruh yüksəkliyindən, vətənpərvərliyindən, eyni zamanda ordu-xalq münasibətlərindən asılıdır.
Görüşün sonunda vitse-spiker hərbi hissəyə 3 ədəd generator hədiyyə edib.

Səfər çərçivəsində Müqəddəs Ramazan ayı ilə əlaqədar rayon rəhbərliyinin, ictimaiyyətin, dindarların, əlil və şəhid ailələri üzvlərinin iştirakı ilə millət vəkilinin adından 220 nəfərlik iftar süfrəsi açılıb. Bahar Muradova tədbirdə çıxış edərək Milli Məclisin rəhbərliyi və deputatları adından qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bölgə əhalisini təbrik edib.

Millət vəkili Prezident İlham Əliyevin xüsusi göstərişi əsasında rayon ərazisində inşa olunan və yaxın zamanlarda istifadəyə veriləcək obyektlərin - Horadiz şəhərində Muğam Mərkəzinin, Olimpiya Mərkəzinin, Böyük Bəhmənli kəndində Diaqnostika Mərkəzinin tikintisi ilə maraqlanıb. Diqqətə çatdırılıb ki, hal-hazırda bu obyektlərdə son tamamlama işləri görülür. Ümumiyyətlə, ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq cəbhə bölgəsində yerləşən rayonlarda, o cümlədən Füzuli rayonunda bir sıra sosial, mədəni-məişət obyektlərinin tikintisinə xüsusi diqqət yetirir. Rayonun təbii qazla təmin olunması ilə əlaqədar görülən tədbirlər də bu qəbildəndir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829