Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Mübariz Qurbanlı: "Beynəlxalq Böhran Qrupunun Azərbaycan haqqında açıqladığı hesabat heç bir fakta söykənmir"

  Sayta qoyulub: 13:48 06.09.2010 (269 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübariz Qurbanlı: "Beynəlxalq Böhran Qrupunun Azərbaycan haqqında açıqladığı hesabat heç bir fakta söykənmir"

«Beynəlxalq Böhran Qrupunun Azərbaycan haqqında açıqladığı hesabatda deyilənlər onların xülyalarının məhsuludur. Bu hesabatdakı fikirlər heç bir fakta söykənmir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda siyasi sabitlik və iqtisadi tərəqqi mövcuddur. Ölkə əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Onun sözlərinə görə, Beynəlxalq Böhran Qrupu adlanan təşkilatın arxasında dayanan dairələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq üçün bu tipli «təhlillər» ortaya qoyurlar.

YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycanda siyasi hakimiyyət milli maraqlara söykənən xətti ardıcıl olaraq həyata keçirir. Ölkəmiz bölgədə lider dövlətdir və əldə etdiyi uğurlar işğalçı Ermənistanı himayə edən dairələri narahat edir.
“Sual olunur: Qeyd olunan hesabatı Beynəlxalq böhran qrupu adlanan qrum hazırlayarkən Azərbaycanda nə vaxt təhlil və tədqiqat aparıbdır. Həmin hesabatdakı bir sıra məlumatlar bəzi “bulvar qəzetlərin”də gedən şaiyə və dedi-qoduların başqa formada təzahürüdür. Əslində, qeyri-ciddi və obyektivlikdən uzaq olan bu tipli “hesabat”lar əhəmiyyətsiz və mənasız cəhdlərin nəticəsidir.” - deyə M.Qurbanlı vurğulayıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829