Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : “Borçalı” İctimai Cəmiyyəti “Dədə Camal” məclisini keçirdi

  Sayta qoyulub: 10:40 06.09.2010 (346 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borçalı” İctimai Cəmiyyəti “Dədə Camal” məclisini keçirdi

“Borçalı” İctimai Cəmiyyəti 5 sentyabr 2010-cu il tarixində, Xudafərin restoranında növbəti “Dədə Camal” məclisini keçirdi. “Elat mədəniyyəti günlərinin Gürcüstan cəmiyyətinə inteqrasiyasına təsiri” mövzusuna həsr olunan tədbirdə cəmiyyətin indiyə qədər gördüyü işlərə qiymət verildi.

Tədbir bu il iyulun 26-da Borçalıda keçirilən Elat mədəniyyəti günlərində bədbəxt hadisə zamanı həlak olan sambo üzrə Avropa üçüncüsü Mikayıl Orucovun xatirəsini bir qədiqəlik sükutla yad etdikdən sonra başladı.

Folklorşunas Elxan Məmmədli avqustun 27-də M.Orucovun xatirəsinin əbədiləşdirmək məqsədilə Armudlu gölü yaxınlığında abidə qoyulduğunu bildirdi. Cəmiyyətin sədri Zəlimzan Məmmədli həyata keçirdikləri fəaliyyət proqramının nəticərindən, eləcə də qarşıda görüləcək işlərdən danışdı. O bildirdi ki, əsasən Bolnisi və onun kəndlərinin girəcəyinə vurulan xaç işarələri ilə bağlı Gürcüstanın reinteqrasiya nazirliyi qarşısında məsələ qaldırılacaq. Z.Məmmədli bildirdi ki, əsasən müsəlmanların yaşadığı ərazilərdə xaç işarələrinin qoyulması, dini tolerantlığı əks etdirmir: “Biz həmin xaçların yerinə dövlət atributu olan Gürcüstan bayqarlarının sancılmasını təklif edəcəyik”.
Parlament seçkilərinin yaxınlaşdığını deyən E.Məmmədli Z.Məmmədlinin cəmiyyətin təşəbbüsü ilə seçkilərə qatılacağını bildirdi. Tədbirdə iştirak edən Şəmistan Əlizamanlı bu təşəbbüsü dəstəklədiyini bildirdi.
Daha sonra professor Rzaxan Mahmudov, şair Abbas Abdulla və təşkilatın yerli şöbə rəhbərlərinin çıxışları oldu. Tədbirdə Cəmiyyətin keçirdiyi Elat mədəniyyəti Günlərini əks etdirən video-çarxlar nümayiş etdirildi.
Z.Məmmədli bu il Borçalıdan Gürcüstan universitetlərinə daxil olan 56 abituriyentlər görüş keçirilib, onların cəmiyyət adından mükafatlandırılacaqlarını da bildirdi. Onun sözlərinə görə, bu kimi aksiyalar həm də Gürcüstanlı şagirdlərin təhsilə marağını atrıracaq. Z.Məmmədli həmçinin yaxın müddət ərzində keçiriləcək tədbirlər haqqında danışdı
Sonda Rəşad İbrahimov və Təbriz Yusifovun müşayətilə Mənsum İbrahimovun tələbəsi Şəmsəddin İbrahimovun ifasında muğam ifaları səsləndirildi.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829