Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Vətəndaş və İnkişaf Partiyası Məclisinin iclası keçirilib

  Sayta qoyulub: 10:58 06.09.2010 (298 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və İnkişaf Partiyası Məclisinin iclası keçirilib

5 sentyabr 2010-cu il tarixində Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. MİA-nın xəbərinə görə, Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilən iclasda təşkilati, cari və noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərdə partiyanın iştirakı məsələləri müzakirə olunub.

VİP-in Məclis üzvləri seçkilər dönəmində partiyanın fəaliyyətinin gücləndirilməsi məqsədilə Siyasi Şuradakı vakant yerlərə seçki keçirilməsinə qərar veriblər. Gizli səsvermə nəticəsində Eldar Həsənov və Şahbala Rəhimov VİP Siyasi Şurasının üzvü seçiliblər. İclasda çıxış edən VİP sədri Əli Əliyev 2010 seçki ilinin əvvəlindən ölkədə və müxalifət daxilində cərəyan edən prosesləri geniş təhlil edib. VİP sədri “Azadlıq” siyasi blokunun fəaliyyətinə xitam verildikdən sonra Azərbaycan Liberal Partiyası (ALP) ilə münasibətlərin daha da inkişaf etdirildiyini vurğulayıb. Ə.Əliyev VİP ilə ALP parlament seçkilərinə birgə blok halında qatılmaları haqda razılığa gəlindiyini və artıq müvafiq sazişin imzalandığını da diqqətə çatdırıb. Bu məsələ ətrafında müzakərələrə qoşulan Məclis üzvləri VİP-in parlament seçkilərində ALP ilə bir blokda iştirakını, eyni zamanda Azərbaycan Yaşıllar Partiyasının (AYP) və Ziyalılar Birliyinin bu əməkdaşlığa dəstək verməsini müsbət qiymətləndiriblər. VİP Məclisinin iclasında seçkilərlə bağlı zəruri qərarların operativ qəbulu üçün Siyasi Şuraya tam səlahiyyət verilib və qanunvericilikdən irəli gələn digər qərarlar qəbul edilib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829