Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Müsavat Partiyasının Məclisinin iclasında gərginlik yaşanıb

  Sayta qoyulub: 11:44 04.09.2010 (302 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Məclisinin iclasında gərginlik yaşanıb

Bu gün Müsavat Partiyasının Məclisinin iclası başlayıb. İclasda qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı məsələnin gündəliyə salınmasına dair təklif olub. Belə ki, iclasının gündəliyi müəyyənləşməsi zamanı Məclis üzvü Hüseyn Məlikov bildirib ki, 22 nəfərin imzası ilə Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı müraciət var: “Bu məsələ gündəliyə salınsın” .

Məclisin sədri Sülhəddin Əkbər müraciəti oxuyub və onlardan birinin imtina etdiyinin deyib. Lakin Məclis sədrindən müraciəti imzalayanların adlarının oxunması tələb olunub. Sülhəddin Əkbər isə bundan imtina edib. Yaranan gərginliyin qarşısını almaq üçün təklif səsə qoyulub və 30 lehinə, 17 əleyhinə, 8 bitərəf olub. Sülhəddin Əkbər deyib ki, iclasda 64 nəfər iştirak edir: “Hamı səs vermədiyi üçün məsələ gündəliyə salınmır. Yəni 50+1 yoxdur”.

Arif Hacılı məsələyə ciddi etiraz edərək yenidən səsvermə keçirilməsini tələb edib. Bu dəfə 29 lehinə, 18 əleyhinə, 12 bitərəf kimi özünü göstərib. Arif Hacılı yenidən etiraz edərək Səssayma Komissiyası yaradılmasını təklif edib. Gərginlik açıq qarşıdurmaya çevrildiyi üçün jurnalistlər iclasdan çıxarılıb.

Bundan sonra keçən gərgin mübahisələr nəticəsində Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı məsələ gündəliyə daxil edilib.

Qeyd edək ki, Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı məsələ onun Heydər Əliyevin məzarı önündə baş əydiyi üçün müzakirə olunur.

qafqazinfo

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829