Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Sakit Allahverdiyev: “Əli Kərimli müflis olmuş siyasətçidir”

  Sayta qoyulub: 17:28 03.09.2010 (592 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit Allahverdiyev: “Əli Kərimli müflis olmuş siyasətçidir”

Məlum oldugu kimi, Rusiyada yaşayan iş adamı Sakit Allahverdiyev 2005-ci ildə “Azadlıq” qəzetinə etdiyi yardımı AXCP sədri Əli Kərimlinin mənimsəməsi haqda açıqlama vermişdi. Bundan sonra“Azadlıq”-ın baş redaktoru Qənimət Zahid iş adamının açıqlamasına sərt reaksiya verərək onu “ruhi xəstə”, irəli sürülən ittihamları cəfəngiyyat adlandırmışdı. Sakit Allahverdiyev Müstəqil İnformasiya Agentliyinə bu məsələlərlə bağlı açıqlama verib.

S.Allahverdiyev onun acıqlamasına Əli Kərimlinin yox, Qənimət Zahidin cavab verməsinə çox sərt reaksiya verib: “Bu kişiyə yaraşan xüsusiyyat deyil. Əli Kərimli vərdiş edib ki, özünün cavab verməli olduğu məqamlarda başqalarıını qabağa versin. Açıqlamdan sonra Əli Kərimlinin yaxın ətrafı, xüsusilə də yazarlar, gənclər, qadınlar məndən sosial şəbəkədə keçmişdə olanlar barədə danişmamağı rica edirdilər. Mən onlara heç nə demədim və yazmadım. Buna baxmayaraq Əli Kərimli Qəniməti qabağa verdi və mən əminəm ki, yazının hazırlanmasında özü də şəxsən iştirak edib. Çünki yazıda Əli Kərimli kimi siyasi alverçilərin düşüncəsinə uyğun ifadələr var. Qənimət isə bunu öz beyninin məhsulu kimi təqdim etmək istəyir. Əfsuslar olsun ki, dostum Qənimət də öz simasını itirdi və siyasi alverçinin əlində oyuncağa çevrildi”.
İş admı baş redaktorun aşağıdakı fikrinə də aydınlıq gətirib: "Sakit Allahverdiyevin iddiaları o baxımdan anlaşılan deyil ki, 2005-ci ildə onun mənlə münasibətləri Əli Kərimli ilə münasibətlərindən daha yaxşı idi. Əgər Sakitin “Azadlıq”a yardım etmək niyyəti var idisə, elə pulu mənə verərdi. Ancaq o “Azadlıq” qəzetinə heç bir yardım etməyib”.
S.Allahverdiyev deyir ki, Qənimət Zahidin ziyarət etdiyi müqəddəs torpaqlar onun ruhuna təsir etməyib: “Təsir etsəydi bu qədər yalan danşmazdı. Çünki mən Qəniməti həbsxanadan çıxana qədər gözlədim ki, belə məsələlərə birlikdə aydınlıq gətirək. Qənimət həbsxanadan çıxandan sonar onunla 3 dəfə görüşmüşəm – iki dəfə Ankarada, bir dəfə isə Moskvada. Birinci görüşümüzdə, Əli Kərimlinin hərəkətlərinə aydınlıq gətirmək istədim. Üstəlik də verilən pulların necə xərclənməsini müzakirə etdik. Qənimət bəzi məsələləri Əli Kərimli ilə aydınlaşdıracağına söz verdi. İkinci Ankara görüşümüzdə dedi ki, Əli göndərilən pulların tam yarısını alıb. Mən təəccübləndim. Çünki Əli Kərimli şəxsən mənimlə 2005-ci ildə görüşəndə göndərilən pulların tam həcmdə aldığını etiraf etmişdi. Ancaq Qənimət Əlinin məbləğin yarısının aldığını deyir. Eyni zamanda pulların qəzetə çatmadığını etiraf etdi.
Qənimət də, Əli də gözəl bilir ki, hansı məbləğdə pulların verildiyini tam sübut edə bilərəm. Bu qədər ağ yalan danışmaq ən azı ayıbdır”.
S.Allahverdiyev Rusiyada biznesinin əlindən alınması və sıxışdırılması ittihamlarına da aydınlıq gətirib: “Mənim biznesim indi də var. Nədən belə qərara gəliblər ki, mənim biznesim məhv olub? Bəlkə ona görə ki, Əlinin pulları mənimsədiyi mənə bəlli olandan sonra pul üçün yanıma gələn Kərimlinin adamlarına rədd cavabı vermişəm? Ona görə də ola bilsin düşünüblər ki, daha bizneslə məşğul deyilam. Düzdür, ola bilsin ki, biznesim 3 il evvəlki səviyyədə deyil. Qlobal böhran dövründə biznesdə geriləmənin olması təbii bir haldır və hər bir iş adamının başına gələ bilər. Səxsən mənim üçün faciə yox, sıradan bir haldır. Ona görə ruhu tarazlığımı itirməyə dəyməz. Ona qalsa siyasətdə müflüs olanlar çoxdan ruhi dispanserin rəsmi qeydiyyatında olmalıydılar. Bu gün Əli Kərimlinin ətrafında heç kim qalmayıb, 3-5 yazarın və həqiqətlərdən xəbərsiz olan bir neçə gənci ümidinə qalıb. Əsil müflüsləşmə də elə budur. Indi nə Əli Kərimli siyasi liderdir, nə də AXCP radikal müxalifət partiyası. AXCP radikal müxalifət patiyası kimi yalnız rəhmətlik Əbülfəz Elçibəyin dövründə fəliyyət göstərib. Elçibəy dünyasını dəyişəndən sonra Onun yığdığı kapitalı xərcləməklə məşğul olub. İndi bu kapital tükənib və Əli Kərimli siyasi baxımdan müflüs olub. Bu məntiqdən çıxış etsək, belə çıxır ki, AXCP rəhbərliyi ruhi dispanserin sakinləridir. Ancaq mən ciddi adam kimi belə versiyaları bölüşmürəm. Bu gün Əli Kərimli və onun ətrafı primitiv metodlaişləyir – düşüncəsi və öz sözünün ağası olanlara, şəffaflıq tələb edənlərə “ruhi xəstə” damğası vururlar. Ancaq qara piarın bumeranq effektini gərək unutmasınlar. Həm də pul qazanmaq mənim üçün çoxlarından fərqli olaraq məqsəd yox, vasitədir. Qazandığım pulları övladlarımın İngiltərənin bahalı univeristetlərində təhsil almasına yox, vətənimin problemlərinin həllinə sərf etmişəm, bəzi “lider”lərdən fərqli olaraq. O “lider”lərdən ki, ətrafında olanlar övladlarını heç qonşuluqdakı məktəbə yola salmağa da pul tapmır. Mən Volqoqradda Azərbaycan diasporuna və Ümumrusiya Azərbaycanlıları Konqresinin tədbirlərinə nə qədər yardım etdiyimi Əli Kərimli və ətarfı yaxşı bilir. Mənə qarşı qaldırılan cinayət işində bu epizodlar üzrə də ittihamlar var idi. İndi bütün bunlar arxada qalıb və cinayət işinə xitam verilib. Mən sadəcə şəffaflıq tələb edirəm və bu bütün sivil dünyanın qəbul etdiyi bir qaydadır. Demokratiya “mücahidi” Əli Kərimli niyə bundan qaçır. Gəlsin, şəffaf müzakirə açaq. Nədən qorxursan ay adam? Çünki pulları mənmimsəmisən. Bunun başqa adı yoxdur”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829