Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Baş Prokurorluq Bakıda baş verən qətlin təfərrüatlarını açıqlayıb

  Sayta qoyulub: 17:25 03.09.2010 (312 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Bakıda baş verən qətlin təfərrüatlarını açıqlayıb

Baş Prokurorluq Azərbaycan paytaxtında baş verən qətlin təfərrüatlarını açıqlayıb. Qurumun mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, 2 sentyabr 2010-cu il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Məmmədov İnqilab Əli oğlunun bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına aparılarkən yolda ölməsi barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən rayon Prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, sentyabrın 2-də saat 19:00 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yaşayan Kərimov Əhməd Məcid oğlu dostu Məmmədov İnqilab Əli oğlu ilə Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi 737 saylı evin qarşısına gələrək qohumu Günelin barəsində rüsvayedici məlumatlar yaydığına görə Əhmədov Fuad Nurəli oğlu ilə mübahisə edib və Fuad Əhmədovu döyərkən sonuncunun dostları Məmmədvəli Xalıqov və Elvin Səfərov onları aralamaq istəyib. Bu zaman mübahisə daha da qızışıb və səs-küyə Fuad Əhmədovun anası Yetər İsgəndərova və xalası Qızdarxanım Nuriyeva gəlib. Fuad Əhmədov aranın qarışmasından istifadə edərək evlərinə qaçıb mətbəx bıçağı götürərək dərhal geri qayıdıb və gətirdiyi bıçağı Məmmədvəli Xalıqova verib. Sonuncunun atası Sübhan Xalıqov aranı sakitləşdirmək və Fuad Əhmədovu evlərinə aparmaq istəsə də, Əhməd Kərimov və İnqilab Məmmədov hücum edərək onu təhqir etməyə və vurmağa başlayıblar. Bu zaman Məmmədvəli Xalıqov atasını təhqir etdiyinə görə İnqilab Məmmədovu bıçaqla bir dəfə ürək nahiyəsindən vurub və sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Suraxanı rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Məmmədvəli Xalıqov sentyabrın 3-də saat 01:30 radələrində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib.
Hazırda işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829