Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Oğuzda sahibkarlara 500 min manat güzəştli kreditlər verilib

  Sayta qoyulub: 13:30 03.09.2010 (345 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuzda sahibkarlara 500 min manat güzəştli kreditlər verilib

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Oğuz rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

Nazirliyin mətbuat xidmətindən MİA-yaya verilən məlumata görə, tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 260-a yaxın sahibkar iştirak edib. Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Oğuz rayonunda “CPC” MMC-nin inşa etdirdiyi qarğıdalı emalı (qlükoza istehsalı) zavodunda və İsmayıllı rayonunda “EVİAR” MMC-nin inşa etdirdiyi çörək zavodunda aparılan tikinti tamamlama işlərinə, “İsmayıllı Quşçuluq” MMC-nin fəaliyyətinə baxış keçirilib.

Sonra Oğuzda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov, İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin aparıcı məsləhətçisi Seyran Ədilov, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin regionlarla iş və əlaqələndirmə şöbəsinin müdiri Qorxmaz Əfəndiyev çıxış ediblər.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fond müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbulunu davam etdirir.

“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində sahibkarlar üçün treninq də keçirilib. Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 500 min manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 35 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829