Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : DUİ-yə daxil olan partiyalardan biri DUI-Müsavat yekun razılaşmasını tanımadı

  Sayta qoyulub: 10:00 03.09.2010 (302 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  DUİ-yə daxil olan partiyalardan biri DUI-Müsavat yekun razılaşmasını tanımadı

MQP başqanı Vüqar Bəyturan (Oruc) Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası arasında yekun razılaşma sənədinə-birgə bəyənata münasibət bildirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, MQP lideri deyib ki, onların nümayəndəsi DUİ-Müsavat arasında keçirilən son məsləhətləşmədə iştirak etməyib: «Mətbuatdan bizə məlum oldu ki, Müsavat Partiyası 7 dairədə DUİ namizədlərini, DUİ isə 11 dairədə Müsavat namizədlərini dəstəkləmək barədə yekun sənəd imzalayıb. Təəsüflər olsun ki, burada proporsiya pozulub, Müsavata daha böyük haqqlar tanınıb, başçılıq etdiyim Milli Qurtuluş Partiyasının namizədlərinə isə xüsusi və fərqli münasibət göstərilib. Partiyamızın vahid siyahıda təmsil olunmaq istəyində olan 11 namizədindən heç biri Müsavat tərəfindən dəstəklənməyib, üzvü olduğumuz DUİ isə 3 dairədə bizim namizədlərin mövqeləri və partiyamızın maraqları nəzərə alınmamaqla, həmin dairədən Müsavat Partiyasının namizədlərinə dəstək vermək barədə öhdəlik götürüb. Beləliklə, Müsavat Partiyasının təşəbbüsü ilə müxalifətin birliyinə növbəti zərbə vurulub, DUİ isə öz üzvünün-Milli Qurtuluş Partiyasının nəinki maraqlarını qoruya bilib, hətta bu maraqlar 26, 29, 113-cü dairələrdə Müsavat Partiyasına qurban verilib. Bütün qeyd edilən halları müzakirə etmək üçün MQP Siyasi Şurasının iclası keçiriləcək və eyni zamanda biz bunları DUİ-dəki müttəfiqlərimizlə də aydınlaşdıracağıq. Amma müzakirələrdən öncə onu deyə bilərəm ki, DUİ-Müsavat yekun razılaşma sənədinin-bəyənatının MQP-yə heç bir aidiyyatı yoxdur, bu sənədi tanımır və bəyan edirik ki, bizim Müsavat Partiyası qarşısında öhdəliyimiz yoxdur və dairələrin heç birində bu qurumun namizədlərini dəstəkləməyəcəyik. MQP pozulmuş hüquqları uğrunda mübarizə aparmaq iqtidarında olduğunu həm rəqiblərə, həm də müttəfiqlərə nümayiş etdirməkdə qərarlıdır”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829