Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : YAP nümayəndə heyəti Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionata baş çəkib

  Sayta qoyulub: 16:38 02.09.2010 (309 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP nümayəndə heyəti Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionata baş çəkib

Sentyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olub. Görüşdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır.

Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. Bu qocalar evində YAP olaraq biz demək olar ki, ildə bir neçə dəfə görüşlər keçiririk, onların problemləri ilə maraqlanırıq, imkan daxilində onların mövcud olan problemlərini oyrənib kömək etməyə çalışırıq.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən ahıllara həmişə diqqət və qayğı göstərir. Bu qocalar evində qalanların yaşaması üçün lazım olan bütün imkanlar və şərait yaradılıb. Güman edirəm ki, bundan sonra da bu siyasət davam etdiriləcəkdir. Bu yaxınlarda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması burada yaşayan insanların yaşayış, məişət şəraitinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların gümrahlığı, əhval ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qocalar evləri də diqqət mərkəzindən kənarda qalmayıb.

Pansionat sakinləri ömürlərinin ahıl vaxtlarında respublika rəhbərliyinin onlara yaratdığı şəraitə görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.

Görüşdə YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, YAP İdarə heyətinin üzvüləri Kərim Kərimov, Şahlar Əsgərov və başqaları iştirak ediblər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829