Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Dillər Universtitetində iki yeni ixtisas açıldı

  Sayta qoyulub: 14:15 02.09.2010 (324 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Dillər Universtitetində iki yeni ixtisas açıldı

Azərbaycan Dillər Universtitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız xəbərə görə 2010-2011-ci tədris ilində ADU-nun Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində iki yeni - Qafqazşünaslıq və Hindistanşünaslıq ixtisasları açılıb.

Artıq yeni tədris ilindən həmin ixtisasların tədrsinə başlanacaqdır. Z.Kazımovanın sözlərinə görə, 10 nəfər tələbə Qafqazşünslıq, 10 nəfər tələbə isə Hindistanşünaslıq ixtisası üzrə Dillər Universitetində təhsil alacaqlar. Tələbələr təhsillərini Bolonya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaq və öz sahələri üzrə peşəkarlaşacaqlar. Tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisas artırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur.

Qeyd etmək istərdik ki, Hindistanşünaslıq ixtisası ilk dəfə olaraq ADU-da bir ixtisas kimi açılmışdır. Bu başlıca olaraq universitetin beynəlxalq əlaqələr istiqamətində apardığı uğurlu fəaliyyətin göstəricisidir.

Xatırladaq ki, ADU 2005 – 2006-cı tədris ilindən Bolonya prosesinə qoşulub və bu ilk dəfə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultəsində tətbiq olunub. 2009-2010-cu tədris ilində Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultəsi kredit sistemi ilə təhsil alan ilk məzunlarını yola salıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829