Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Tələbələr ABU-nun qarşısında etiraz aksiyası keçiriblər

  Sayta qoyulub: 12:14 02.09.2010 (336 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbələr ABU-nun qarşısında etiraz aksiyası keçiriblər

Təhsil Nazirliyinin sentyabrın 1-dən Azərbaycan Beynəlxalq Universitetinin (ABU) lisenziyasını ləğv etməsi universitetdə təhsil alan tələbələr və onların valideynlərinin narazılığı ilə qarşılanıb.

Bu gün onlar universitetin qarşısında etiraz aksiyası keçiriblər. ANS-in məlumatına görə, təxminən 60-a yaxın şikayətçi ABU-nun qarşısına toplaşaraq universitetin bağlanmasına etiraz edib.

Aksiya iştirakçılarından bəziləri deyiblər ki, onlar bu universiteti ötən illərdə bitirsələr də, hələ də diplomlarını ala bilmirlər. Buna görə onlardan 3000 manat da alıblar.

Universitetin bağlanmasından ən çox isə burada təhsil alan tələbələr narahatdır. “Mən III kurs tələbəsiyəm. Bilmirəm aqibətim necə olacaq? ABU-ya test üsulu ilə daxil olsam da, hələlik mənə dəqiq məlumat verən yoxdur”, deyə beynəlxalq iqtisadi münasibətlər fakultəsinin tələbələri deyiblər.

Universitetin həmkarlar təşkilatının sədri Rabil Amanov deyib ki, Təhsil Nazirliyi nə deyirsə, ona razı olacaqlar, kimlərin sənədləri qanunidir, hamı diplom alıb. "Hazırda təhsil alan tələbələr də digər özəl universitetlərə köçürüləcəklər".

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829