Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : “UNIBANK”da “qəşşşşəng” kampaniyası start götürdü

  Sayta qoyulub: 10:40 02.09.2010 (312 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  “UNIBANK”da “qəşşşşəng” kampaniyası start götürdü

“Unibank” ASC-də “QƏŞŞŞŞƏNG” kampaniyası start götürdü. Kampaniya çərçivəsində pul köçürməsini göndərən və alan hər bir kəs, bu lotereyada oynanılan 200 mobil telefonundan birinin sahibi ola bilər.

Sentyabrın 1-dən dekabr ayının 31-dək “Unibank” vasitəsi ilə 300 USD, EUR və ya 9000 RUR məbləğində təcili pul köçürməsi göndərən və ya alan müştərilər, hər ay 50 ədəd “Nokia Supernova 7210” mobil telefonun oynanıldığı və “Mobitel” şirkətinin dəstəyi ilə keçirilən lotereyanın iştirakçısına çevrilir. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə görə, yuxarıda göstərilən məbləğdə yerinə yetirilmiş hər bir pul köçürməsi uduş üçün 1 şans verir. Bank tərəfindən bu şansların sayı məhdudlaşdırılmadığından, yuxarıda göstərilən məbləğdə pul köçürmələrinin sayı artdıqca, lotereya iştirakçılarının şansları da artır. Lotereya aksiyası çərçivəsində 4 tiraj keçiriləcəkdir – 2010-cu ilin oktyabr ayının 8-də, noyabrın 10-da, dekabrın 10-da və 2011-ci ilin yanvar ayının 14-də. Bu tirajların hər birində 50 ədəd “Nokia Supernova 7210” mobil telefonunun sahibləri müəyyən edilir. Beləliklə Bankın lotereya aksiyasının məcmu uduş fondu 24 min AZN təşkil edəcəkdir. Qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunacaqlar.
“QƏŞŞŞŞƏNG” kampaniyasının başlanması ilə “Unibank” pul köçürmələrini göndərənlər və alanlar üçün bonus sistemini də təkmilləşdirib. Artıq “Unibank”da müxtəlif pul köçürmələri sistemlərində əməliyyat keçirən müştərilər mobil telefonları üçün nominalı 10 AZN-a qədər olan skretç-kart (konturlu kartlar) şəklində əlavə bonuslar almaq imkanı əldə edəcəklər. Aksiya Bankın Gəncədə, Sumqayıtda, Lənkəranda, Şəmkirdə, Qubada, Mingəçevirdə və Şəkidə yerləşən regional filialları daxil olmaqla bütün 26 xidmət nöqtələrində qüvvədədir.
Qeyd etmək lazımdır ki, hazırda “Unibank” yeddi pul köçürmələri sistemi - “Western Union”, “Faster”, “Xpress Money”, “Bıstraya Poçta”, “Coinstar”, “BLİZKO”, “Zolotaya Korona” - ilə işləyir. 2009-cu ildə Bankda, fiziki şəxslərin pul köçürmələri üzrə dövriyyəsi, 2008-ci illə müqayisədə 27,5% artaraq, 25,5 mln. AZN-a çatmışdır. Bu ilin yanvar-iyul aylarının yekunlarına görə isə, “Unibank”da pul köçürmələrinin həcmi, ötən ilin 7 ayı ilə müqayisədə, 72% artmışdır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829