Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Üzeyir Hacıbəylinin 125 illiyi ilə əlaqədar Beynəlxalq Musiqi Festivalı keçiriləcək

  Sayta qoyulub: 15:41 01.09.2010 (372 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzeyir Hacıbəylinin 125 illiyi ilə əlaqədar Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar 18-28 sentyabr tarixlərində Azərbaycanda Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən “Amaltea” ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan “T`ANG” simli kvarteti, Türkiyədən “Orfeon” xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının konsertlərinin, müxtəlif tədbirlərin keçirilməsi, Ü. Hacıbəylinin səhnə əsərlərinin nümayişi gözlənilir.

Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı təsdiq olunub, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif strukturları - İncəsənət, Mədəniyyət siyasəti, Elm və təhsil, Kinematoqrafiya və Nəşriyyat, Reklamın təşkili və informasiya şöbələri Beynəlxalq Musiqi Festivalının yüksək bədii-təşkilati səviyyədə keçirilməsinin təmin edilməsi üçün səfərbər olunublar.
Eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Dövlət Pantomima Teatrı, Dövlət Kukla Teatrı, Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi öz işlərini festival tədbirlərinin keçirilməsi istiqamətində quracaq və festivalın yüksək səviyyədə keçməsinə təminat yaradacaqlar.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı sərgi hazırlayacaq, Üzeyir Hacıbəylinin ev-muzeyi isə “Üzeyir Hacıbəyli-125” adlı tədbir keçirəcək. Bütün bunlarla yanaşı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət “Muğam” Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasının yaradıcı və texniki qüvvələri Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsinə cəlb olunacaq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829