Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Vüqar Bayramov: “Dövlət büdcəsinin imkanları pensiyaların baza hissəsinin 25 faiz artırılmasına imkan verirdi”

  Sayta qoyulub: 14:02 01.09.2010 (332 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Bayramov: “Dövlət büdcəsinin imkanları pensiyaların baza hissəsinin 25 faiz artırılmasına imkan verirdi”

Azərbaycan prezidenti sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqının və yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 85 manata qaldırılması barədə sərəncam imzalayıb. Xatırladaq ki, minimum aylıq əməkhaqqının məbləği və əmək pensiyalarının baza hissəsi sonuncu dəfə 2008-ci il sentyabrın 1-də 25 faiz artırılaraq 75 manat müəyyən edilib.

Həmin ilə qədər əməkhaqqının aşağı həddi mütəmadi olaraq artırılıb. Təkcə 2003-cü ildən sonra minimum əməkhaqqı 13,6 dəfə artırılaraq 5,5 manatdan 75 manata çatdırılıb. Müqayisə üçün bildirək ki, sonuncu artımdan əvvəl Azərbaycan minimum əməkhaqqının məbləğinə görə, keçmiş sovet respublikaları arasında 7-ci, Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında isə Rusiya, Ukrayna və Qazaxıstandan sonra 4-cü sırada yer alırdı. Keçmiş sovet respublikaları arasında minimum əməkhaqqının ən yüksək olduğu ölkə isə Estoniyadır. Bu ölkədə 356 dollardan aşağı əməkhaqqı alan yoxdur. MDB ölkələri içərisində ilk sırada Rusiya gəlir. Rusiyada minimum əməkhaqqı 131 dollara bərabərdir. Siyahının sonuncu pilləsində Gürcüstan yer alır. Bu ölkədə əməkhaqqının ən aşağı həddi 10,5 dollardır.

Bu arada Azərbaycanda ilin əvvəlinə olan dəqiqləşdirilmiş statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 milyon 308 min 432 nəfərdir. Ekspertlərin hesablamalarına görə isə ölkədə minimum əmək haqqı və əmək pensiyası alanların sayı ümumilikdə 1 milyon 500 min nəfər təşkil edir. Qeyd edək ki, minimum əməkhaqqı ölkənin iqtisadi inkişaf səviyyəsi ilə birbaşa bağlı deyil. Bu, daha çox hökumətin həyata keçirdiyi sosial tədbirlərlə bağlıdır. Yeri gəlmişkən, minimum əməkhaqqının artımı yaşayış minimuna və minimum istehlak səbətinin dəyərinə təsir göstərir. Milli Məclisin qərarı ilə Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.

Son artımları şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ bir neçə ay əvvəl yaydığı açıqlamada pensiyaların məbləğinin 14-15 faiz artırılacağını açıqlamışdı: “Bu gün yaşa görə əmək pensiyasının baza hissəsinin 75 manatdan 85 manata qaldırılması 13,3 faiz artım deməkdir. Bütün hallarda pensiyaların artırılması müsbət haldır”.

Ekspertin sözlərinə görə, pensiyanın baza hissəsinin hansı məbləğdə artırılmasından asılı olmayaraq bu artım vətəndaşın əvvəlki ayla müqayisədə daha çox pensiya almasına səbəb olur: Minimum aylıq əməkhaqqının məbləğindəki artıma gəlincə, Azərbaycan minimum aylıq əməkhaqqının məbləğinə görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında təkcə Rusiyadan geri qalır. Belə ki, Rusiyada minimum əməkhaqqı 131dollar, Ukraynada 96,5 dollar, Qazaxıstan 90,5 dollar təşkil edir. Artıma qədər Azərbaycanda bu məbləğ 84 dollar idi”.

İqtisadçı deyir ki, Azərbaycanda pensiyaların məbləği Rusiya və Qazaxıstandan geridə qalır: “ Bununla belə istər minimum əməkhaqqının, istərsə də pensiyaların daha çox artırılması imkanları var idi. Pensiyaların baza hissəsinin 13,3 faiz deyil,daha çox artırılması mümkündür. Hesablamalarımız göstərir ki, dövlət büdcəsinin imkanları pensiyaların baza hissəsinin 25 faiz artırılmasına imkan verir.Əlavə və dəyişikliklərdən sonra buna xüsusilə zəmin yaranmışdı”.

V.Bayramov bildirir ki, pensiyaların böyük faizlərlə artımı müəyyən çətinliklərə yol aça bilər. Belə ki, əmək pensiyası alan şəxslərin sayı çoxdur. Kəskin artımlar digər makroiqtisadi göstəricilərə təsir edir: “Bu baxımdan Beynəlxalq Valyuta Fondu da pensiya və əməkhaqların kəskin artırılmasına qarşıdır. Kəskin artım həmin pulların inflyasiya tərəfindən yeyilməsinə gətirib çıxarır. Lakin son illərin təcrübəsi göstərir ki, 25 faizlik artımın inflyasiya və digər makroiqtisadi göstəricilərə mənfi təsiri olmur.
Mütəxəssisin qənaətinə görə, minimum əməkhaqqının 85 manata çatdırılması yönündə qərarı müsbət hesab etmək olar. Çünki bu artım digər sosial ödənişlərə müsbət təsir göstərəcək: “Yalnız dövlət sektorunda deyil, real sektorda da əməkhaqların artımı baş verəcək. Hər iki sektorda 85 manatdan az əməkhaqqı vermək mümkün olmayacaq. Eləcə də yaşayış minimumu, minimum istehlak səbətinin dəyəri artacaq”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829