Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Qənirə Paşayeva və Tünzalə Ağayeva Milli Qəhrəman Mübariz İbrahimova ittihaf olunmuş «Şəhidim» adlı musiqi kompazisiyası hazırlayıblar

  Sayta qoyulub: 13:52 01.09.2010 (481 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva və Tünzalə Ağayeva Milli Qəhrəman Mübariz İbrahimova ittihaf olunmuş «Şəhidim» adlı musiqi kompazisiyası hazırlayıblar

Millət vəkili Qənirə Paşayeva və əməkdar artist, tanınmış bəstəkar-müğənni Tünzalə Ağayeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və onun simasında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəmanlarımıza ittihaf olunmuş «Şəhidim» adlı musiqi kompazisiyası hazırlayıblar.

Sözləri millət vəkili Qənirə Paşayavaya, bəstəsi Tünzalə Ağayevaya aid olan müsiqi kompazisiyasını Tünzalə Ağayeva və Türkiyəli sənətçi, eyni zamanda TRT AVAZ kanalının aparıcısı Cüneyt Cakova ifa edirlər.

Musiqi kompozisiyası Mübariz İbrahimovun ailəsinə yazdığı VİDA məktubu üzərində qurulub. Artıq millət vəkidi Qənirə Paşayevanın dəstəyi ilə müsiqi kompozisiyasının klipi də hazırlanıb və sentyabrın 2-dən etibarən radio və televiziya ekranlarında nümayiş olunmağa başlayacaq. Müəlliflər inanırlar ki, bu musiqi kompozisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, o cümlədən digər şəhidlərimizin əziz xatirələri qarısında bir ehtiram olmaqla yanaşı, gənc nəsillərimiz arasında vətənpərvərlik hissinin daha da güclənməsinə də xidmət edəcək. Bu əsər insanları, xüsusilə də gəncləri şəhidlik zirvəsi, vətən və torpaq qarşısında borc kimi dəyərlər barədə düşünməyə səsləyir.


Müsiqi kompozisiyasının və klipin Türkiyənin bəzi radio və televiziya kanallarında nümayiş etdirilməsi də nəzərdə tutulur. Musiqi kompozisiyasının bir millət iki dövlət olan Azərbaycan və Türkiyəli sənətçi tərəfindən birgə ifa edilməsi böyük məna daşıyır. Musiqi kompazisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş «MÜQƏDDƏS ZİRVƏ» adlı film üçün hazırlanıb. Filmdə Mübariz İbrahimovun qəhrəmanlıq yolu geniş şəkildə öz əksini tapır. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə hazırlanan və çəkilişərinə 1 ay əvvəl başlanılan film artıq hazırdır. Yaxın günlərdə filmin təqdimat mərasimi keçiriləcək. Televiziya kanallarında da nümayiş olunacaq filmin nüsxələri hərbi hissələrə, aili və orta məktəblərə, xaricdə yaşayan soydaşlarımıza da göndəriləcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829