Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : QHT Şurası daha 65 təşkilata 253.00 AZN maliyyə yardımı ayrılması haqda qərar qəbul etdi

  Sayta qoyulub: 12:24 01.09.2010 (289 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

QHT Şurası daha 65 təşkilata  253.00 AZN maliyyə yardımı ayrılması haqda qərar qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsini yekunlaşdırıb.

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, maliyyə yardımı müsabiqəsi 25 iyun 2010-cu ildə elan edilmiş, ərizələrin qəbulu 23 iyul 2010-cu ildə başa çatıb. Müsabiqə aşağıdakı fəaliyyət istiqamətləri üzrə layihələrin maliyyələşdirilməsini nəzərdə tutub:


1.Demokratikləşmə prosesinin dərinləşməsinə dair təşəbbüslər
2.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
3.Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiəsi
4.Virtual məkanda Azərbaycan həqiqətləri ilə bağlı elektron resurslarının mövcud vəziyyətinin öyrənilməsi və müvafiq hesabatların hazırlanması
5.Beynəlxalq təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təşəbbüslər
6.Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər
7.Təhsilin keyfiyyətinin artırılmasına dair təşəbbüslər
8.Mədəniyyətə dair təşəbbüslər
9.Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial problemlərinin həllinə dəstək
10.Sosial xidmətlərin yaxşılaşdırılması sahəsində təşəbbüslərə dəstək


Müsabiqəyə 210 layihə daxil olmuşdur. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 65 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar və müsabiqə şərtlərinə uyğunsuzluqlar aşkar edilmiş, bu layihələr ekspertizaya göndərilməmişdir. 145 QHT-nin layihə təklifləri ekspertizaya təqdim edilib. Hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilib.

Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim edib. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, layihənin aktuallığını, ictimai əhəmiyyətini və əvvəlki müsabiqələrdə QHT-nin həyata keçirdiyi layihələrin icra vəziyyətini nəzərə alıb.

Beləliklə, 2010-cu ildə QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsinin qalibi olaraq 65 təşkilat seçilib.

Qeyd etmək lazımdır ki, QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsi üçün ilkin mərhələdə 175.000 AZN vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin Şura bir sıra layihələrin ictimai əhəmiyyətini nəzərə alaraq, bu vəsaitin daha 78.000 AZN həcmində artırılmasını mümkün sayıb.

Müsabiqə qaliblərinin siyahısı ilə Şuranın www.QHTXEBER.AZ və CSSN.GOV.AZ saytlarında tanış olmaq olar.

Müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri 07 sentyabr 2010-cu il saat 16.00-dək Şuranın müvafiq komissiyası tərəfindən qəbul edilir.

Maliyyə yardımı ayrılmış QHT-lər müqavilə bağlamaq üçün 30 sentyabr 2010-cu ilədək (bayram və istirahət günləri istisna olmaqla) Şuranın katibliyinə müraciət etməlidirlər. Bu müddət ərzində QHT-nin Şuraya müraciət etməməsi ayrılmış maliyyə vəsaitindən imtina kimi qəbul olunacaqdır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829