Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : QAT Rusiya prezidenti Medvedyevin Bakı səfərini pisləyib

  Sayta qoyulub: 11:53 01.09.2010 (273 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

QAT Rusiya prezidenti Medvedyevin Bakı səfərini pisləyib

Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfərini pisləyən bəyanatla çıxış edib. QAT-ın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal edilən ərazilərinə səfəri, qondarma Dağlıq Qarabağ Respublikasının ildönümünün qeyd olunması pislənilib.

QAT Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycan qanunlarını və beynəlxalq hüquq normalarını pozduğunu, beynəlxalq təşkilatların isə ermənilərin qanunsuz hərəkətlərinə göz yumduğunu bildirib. D. Medvedyevin Bakıya səfərini yolverilməz və şəhidlərin xatirəsinə təhqir kimi qiymətləndirən QAT bildirib ki, Rusiya Dağlıq Qarabağ müharibəsində ermənilərə yardım göstərib: “Həmçinin imzalanan son hərbi müqavilə ilə Rusiya işğalçı Ermənistanı dəstəklədiyini bir daha təsdiqləyib. Bütün bunlardan sonra Rusiya ilə əməkdaşlıqdan söhbət gedə bilməz”. QAT bəyan edib ki, ermənilər özlərini bayram tədbirləri ilə aldadırlar. Təşkilat Azərbaycan ordusunun həm döyüş qabiliyyəti, həm maddi-texniki və silah-sursat təminatı, həm döyüş ruhu, həm də fərdi qəhrəmanlıq keyfiyyətlərinə görə Ermənistanın işğalçı qüvvələrindən qat-qat üstün olduğunu bildirib: “Azərbaycan ordusu tezliklə hərbi əməliyyatlara başlamalı, işçi qüvvələri məhv etməli, torpaqlarımızı işğaldan azad etməlidir”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829