Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Şeyxin qudası ilə Rəsul Quliyevə və onun qohumlarının «dava»sı davam edir

  Sayta qoyulub: 16:24 31.08.2010 (395 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Şeyxin qudası ilə Rəsul Quliyevə və onun qohumlarının «dava»sı davam edir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə eks-spiker Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus olan bağ evin boşaldılması ilə bağlı məhkəmə qətnaməsini icra etməkdən imtina etdi.

Daha doğrusu, Hacı Qalib mühafizəçilərinin köməyilə «altıbağ» adlanan qapalı ərazinin qarşısına toplaşan məhkəmə icraçılarını, jurnalistləri, vəkilləri zor gücünə ərazidən uzaqlaşdırmağa cəhd etdi. Jurnalistlərə təhqiramiz ifadələr yağdıran Hacı iddiaçı tərəfin səlahiyyətli nümayəndələrini döymək istəsə də, məhkəmə icraçıları buna imkan vermədilər. Bildirək ki, «altıbağ» adlanan ərazi Hacının mühafizəçiləri tərəfindən ciddi şəkildə qorunur.

Qeyd edək ki, Apellyasiya Məhkəməsi Hacı Qalibin zəbt etdiyi ərazinin quliyevlərə məxsus olması barədə qərar çıxarıb. Ali Məhkəmə də həmin qərarı təsdiqləyib və Hacı Qalibin ərazidən dərhal çıxması barədə qərar qəbul edib. Amma məhkəmə icraçıları da bu qərarı qəbul etməkdə acizlik nümayiş etdirirlər.

Bilgəh qəsəbəsində dəniz kənarında yerləşən bir hektardan çox torpaq sahəsi quliyevlərə 1995-ci ildən satılıb və bunu təsdiqləyən sənədlər də var. Onların bağ zəbt olunduqdan sonra Bakı Şəhər İcra Hakimiyyətindən, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən, Torpaq və Xəritəçəkmə Komitəsindən aldıqları sənədlərin hamısında Quliyeva Elmira Hüseynqulu qızına, Quliyeva Zemfira Əkrəm qızına, Quliyev Pərvin Rəsul oğluna, Quliyeva Xanım Rəsul qızına, Quliyev Ziya Rəsul oğluna, Quliyeva Ceyran Bayram qızına verilmiş orderlər hazırda qüvvədə olsa da, Hacı Qalib bağın ona məxsus olduğunu iddia edir. 1995-ci ildən qanuni sənədlərlə Quliyevlərin olan bağ 2008-ci ilin avqustunda Hacı Qalib tərəfindən zəbt olunub. Quliyevlər bağın onlara qaytarılması üçün əvvəlcə Sabunçu Rayon Məhkəməsinə müraciət ediblər. Hakim Rahib Salmanov şikayəti təmin etməyib. Bakı Apelyasiya Məhkəməsi isə ərazinin quliyevlərə məxsus olduğuna dair qətnamə nəbul edib. Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qərara əsasən bağ evi boşaldılmalı və oradakı əmlakın, tikinti materiallarının, məişət avadanlığının dağıdılması müqabilində 700 min manat Quliyevlərə təzminat ödənilməlidir.

Bu gun Hacı Qalib bir daha bəyan etdi ki, o, məhkəmə-zad tanımır. «Burada mənəm Bağdadda kor Xəlifə» deyən Hacı
hətta bir qədər də irəli gedərək jurnalistlərə «arxanızda prezident İlham Əliyev durmasaydı, sizi öldürərdim» dedi. Uzun sürən mübahisədən sonra məhkəmə icraçıları və jurnalistlər bağa buraxıldı. Bir hektardan çox ərazisi olan bağ dənizin kənarında yerləşir. Bağda tikinti işləri aparılıb, hovuz tikilib, yaşıllıq salınıb və s. Bir sözlə, bağ əsl istirahət mərəkzidir. Burada Hacı Qalib öz ailəsilə qalır. Onun yaxın ərazilərdə də villalarının, bağ evləriin olduğu bildirilir. Hatta qeyd olunur ki, bilgəhlilər Hacı Qalibin adı gələndə qorxa-qorxa danışırlar. Özünü «pristupnik mir»in nümayəndəsi sayan Hacı xoşuna gəlmədiyi şəxsləri ölümlə də hədələyir. Hər halda orucluq ayında onun jurnalistlərə qarşı söyüş söyməsi təhlükəli adam olması barədə deyilən fikirlərdə həqiqət yükünün çox olduğunu düşünməyə əsas verir.

İki saata yaxın aparılan danışıqlardan sonra Hacı Qalib məhkəmə icraçıları ilə «razılıq»a gəldi. Sonda məhkəmə icraçısı bildirdi ki, məhkəmə qətnaməsində nəzərdə tutulan ərazinin dəqiq yeri bilinmədiyindən, Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin bura dəvət olunması zərurəti yaranıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829