Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 5 faiz artıb

  Sayta qoyulub: 13:45 31.08.2010 (297 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 5 faiz artıb

Bu ilin 6 ayında Azərbaycan iqtisadiyyatına kredit qoyluşları cəmi 5 faiz artıb. Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev artım tempinin az olmasını Mərkəzi Bankın tələblərinin sərtləşdirilməsiylə izah edib.

O bildirib ki, iqtisadiyyata kredit qoyuluşunda hazırda mülayim artım tempi müşahidə edilir: “Yəni bu rəqəm hazırda 5 faiz artıb. Biz dünyada baş vermiş qlobal böhrandan sonra bank sektorunda risk menecement sistemlərində tələblərimizi ciddiləşdirmişik və bu tələblərə uyğun olaraq banklar kredit siyasətlərində risklərin tam əhatə olunmasına çalışırlar. Təbii ki, bütün bunlar da kredit portfelinin mülayim artım tempini şərtləndirir. Təxminən 5 faiz səviyyəsində artım var. Amma bankların resurs bazası, yəni hazırda cəlb olunan əmanət bazasının artım tempi daha yüksəkdir. Bu, 16 faiz təşkil edir”.

X.Abdullayevin sözlərinə görə, hüquqi şəxslərin depozitləri, yəni sərəncamında olan vəsaitlərin azalması bir sıra icbari ödənişlərin bu vaxta təsadüf etməsi, investisiyaların qoyulması və bu kimi proseslərin nəticəsidir: “Şübhəsiz olaraq, bu amillər də öz rolunu oynayıb, lakin kreditləşmədə azalma faktdır və bu faktı hüquqi şəxslərin öz vəsaitlərindən istifadə etməsi ilə əlaqələndirmək mümkündür”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829