Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sentyabr ayında hava şəraiti ilə bağlı proqnozu

  Sayta qoyulub: 12:08 31.08.2010 (403 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sentyabr ayında hava şəraiti ilə bağlı proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayında ölkədə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava şəraitinin nisbətən sabit keçəcəyi, orta aylıq temperaturun iqlim norması daxilində, bəzi rayonlarda isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Sentyabr ayı ərzində Respublika üzrə yağıntıların qeyri-bərabər paylanacagı, aylıq yağıntı miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 25-30 dərəcə isti, ayrı-ayrı günlərdə 32-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-23 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikası

Orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 12-17, gündüzlər 27-32 dərəcə isti, ayrı-ayrı günlərdə 33-36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında

Orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 9-14, gündüzlər 17-22 dərəcə isti, ayrı-ayrı günlərdə 26-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın, (norma 34-50 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl

Orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 14-19, gündüzlər 24-29 dərəcə isti, ayrı-ayrı günlərdə 32-34 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı gözlənilir.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən,
Şabran, Quba-Qusar-Xaçmaz zonalarında

Orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 12-17, gündüzlər 22-27 dərəcə isti, ayrı-ayrı günlərdə 29-32 dərəcəyədək yüksələcək) olacağı isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 33-120 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.


Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 17-21, gündüzlər 27-32 dərəcə isti, ayrı-ayrı günlərdə 36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında

Orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 24-29 dərəcə isti, ayrı-ayrı günlərdə 33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı gözlənilir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829