Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : “QHT Məktəbi” payız təlimlərinə başlayır

  Sayta qoyulub: 11:03 31.08.2010 (335 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  “QHT Məktəbi” payız təlimlərinə başlayır

Yaxın günlərdə Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi” növbəti payız təlimlərinə start verəcək. 2002-ci ildə Mərkəz tərəfindən yaradılmış “QHT Məktəbi”nin həyata keçirdiyi uzunmüddətli təlimlərin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir.
Bu günədək 830 nəfərin məzun olduğu “QHT Məktəbi”nin növbəti təlim proqramında iştirak etmək niyyətində olanlar elan əsasında müraciət edib, seçiləcəklər.

Təlim proqramında iştirakçılara aşağıdakı mövzular tədris ediləcək:
- QHT fəlsəfəsi
- QHT-nin yaradılması və qeydiyyatı
- QHT idarətməsi və strukturun inkişafı
- QHT-də ictimaiyyətlə əlaqələrin qurulması (PR)
- QHT-də beynəlxalq əlaqələrin qurulması
- Layihə təkliflərinin hazırlanması
- Maliyyə axtarışı
- Layihələrin proqram və maliyyə idarəetməsi
- Monitorinq və qiymətləndirmə
- QHT-lərdə kargüzarlıq işinin təşkili

Qeyd edək ki, təcrübəli təlimçilər tərəfindən keçiriləcək “QHT Məktəbi”nin payız təlimləri 2 ay davam edəcək.

Mərkəzin direktor müavini Elnur Axundov Məktəbin bu ildən etibarən pullu fəaliyyət göstərəcəyini və əvvəlki illərdən fərqli olaraq iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsinin sorğu vərəqələri vasitəsi ilə deyil, xüsusi imtahan prosesi ilə keçiriləcəyini bildirib. Qeyd edib ki, yalnız bu prosesi müvəffəqiyyətlə başa vuranlara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829