Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Müsavatla AXCP seçkiyə seçki bloku kimi deyil, siyasi blok kimi qoşulacaq

  Sayta qoyulub: 16:16 30.08.2010 (326 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavatla AXCP seçkiyə seçki bloku kimi deyil, siyasi blok kimi qoşulacaq

Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı görüşüblər.

Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən A.Hacılı deyib ki, görüşdə Müsavat Partiyasının 66 saylı Biləsuvar və 75 saylı Lənkəran-Masallı seçki dairələrini AXCP-nin namizədlərinin xeyrinə güzəştə getdiyi açıqlanıb. Eyni zamanda 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizədliyini irəli sürməyi nəzərdə tutmuş Müsavat Partiyasının başqan müavini Qabil Hüseynli iddiasından geri çəkilib. Q.Hüseynli isə artıq namizədliyini 95 saylı Tərtər seçki dairəsindən irəli sürmək barədə qərar qəbul edib.

A.Hacılının sözlərinə görə, həm AXCP, həm Müsavat güzəştə meyllidir. Bu səbəbdən də qarşılıqlı güzəştlər nəticəsində ortaq məxrəcə gələ biləcəklərini deyən A.Hacılı onu da bildirib ki, əgər razılıq mümkün olmasa, Müsavatla AXCP seçkiyə seçki bloku kimi deyil, siyasi blok kimi qoşulacaq.

Qeyd edək ki, sabah Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin növbəti görüşü olacaq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829