Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Müəllimlərin işə qəbulu üçün ərizə qəbulu yekunlaşıb

  Sayta qoyulub: 12:42 30.08.2010 (334 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin işə qəbulu üçün ərizə qəbulu yekunlaşıb

Ümumtəhsil məktəblərində vakant müəllim yerlərinin tutulması ilə bağlı təhsil Nazirliyinin keçirdiyi müsabiqəyə ərizələrin qəbulu başa çatıb. Artıq qeydiyyata alınan ərizələrin təsdiqlənməsi, ləğv olunması, imtahanın vaxtı, yeri və digər məlumatların namizədlərin “Şəxsi kabinet”lərində yerləşdirilməsinə başlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müəllimlərin işə qəbulu üçün vakant yerlərə ərizələrin qəbulu avqustun 20-dən başlayıb və bir həftə davam edib. Şənbə günündən etibarən isə müəllimlərin işə qəbulu ilə bağlı elektron ərizə qəbulu dayandırılıb.

Xatırladaq ki, bu il ilk dəfə olaraq, orta məktəblərdə çalışacaq müəllimlərin işə qəbulu test üsulu ilə aparılacaq. Müəllimlərin işə qəbulunun birinci mərhələsini təşkil edən test imtahanı sentyabrın ilk həftəsində keçiriləcək. Test imtahanında 100 sualdan 80-nə düzgün cavab verənlər ikinci mərhələyə buraxılır. İkinci mərhələdə isə müəllimlərin nəzəri deyil, fərdi keyfiyyətləri, təşkilatçılıq qabiliyyətləri qiymətləndiriləcək.

Hazırda ölkə ərazisində 300-ə yaxın müəllimə ehtiyac var. Bunun 200 nəfəri Bakıdadır. Bu il Bakıda informatika, bədən tərbiyəsi və hərbi hazırlıq, regionlarda isə riyaziyyat, fizika, kimya fənni üzrə müəllimlərə ehtiyac var. Bu il həmçinin ucqar kəndlərə 1000-ə yaxın müəllim göndəriləcək.

Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqələr tam başa çatdıqdan sonrakı bir həftə ərzində baxılacaq. Bakı şəhərinin ümumtəhsil məktəblərində olan vakant yerlərə namizədlərin sənədlərinin qəbulu zamanı onların Bakı şəhərinə qeydiyyatının və ali pedaqoji təhsilinin olması nəzərə alınır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829