Bakıda və Abşeron yarımadasında bu gün hava dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorolohi Proqnozlar Bürosundan verilən məlmata görə, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 32-35°, axşam 25-27°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° olacaq.
Avqustun 31-də hava günəşli olacaq, şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-24°, gündüz 34-38°, Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 25-26°olacağı gözlənilir.
Sentyabrın 1-də hava az buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25°, gündüz 32-36° olacaq.
Sentyabrın 2-də hava dəyişkən buludlu, yağmursuz olacaq Cənub küləyi axşam şimal-qərb küləyi küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 21-24°, gündüz 30-33° olacaq.
Azərbaycanın rayonlarında avqustun 31-də hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 34-39°, dağlarda gecə 13-18°, gündüz 25-30° olacaq.
Sentyabrın 01-02-də hava əsasən yağmursuz olacaq, cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 32-36°, dağlarda gecə 12-17°, gündüz 22-26° olacaq.
Tibbi-meteoroloji proqnoz: avqustun 31-də Abşeron yarımadasında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı 2 gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdləri, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.