Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Beynəlxalq Universitetin qarşısında iki silahlı şəxs saxlanılıb

  Sayta qoyulub: 13:02 06.05.2009 (1143 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Universitetin qarşısında iki silahlı şəxs saxlanılıb

Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqından sonra Bakıda bir-birinin ardınca müxtəlif yerlərdə terror aktlarının törədilməsinə dair informasiyalar yayıldı. Bunların heç biri təsdiqini tapmasa da, belə xəbərlərin tez bir zamanda hər yerə yayılması şübhələr doğurur. Buna bənzər daha bir informasiya dünən yayılıb.

Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, iki gün öncə iki nəfər naməlum şəxs Azərbaycan Beynəlxalq Universitetinin Binəqədi rayonundakı binası qarşısında polis tərəfindən saxlanılıb. Həmin ərazidə olan vətəndaşlar onların silahlı olduqlarını biliblər və bu barədə dərhal polisə məlumat verilib. Həmin ünvana gələn polislər isə naməlum şəxsləri saxlayaraq zərərsizləşdiriblər. Şahidlərin verdiyi məlumata görə, həmin şəxslərin universitetə basqın etməyi planlaşdırdığına dair xəbər yayılıb və insanlar təlaş isində həmin ərazidən uzaqlaşıblar. Ancaq o da bildirilir ki, silahlı şəxslər özlərini çox sakit aparırmışlar və onların üzərində silah olduğu ani bir anda hiss olunub. Saxlanılan şəxslərin məxfi xidmət işçiləri olduğu barədə məlumatlar da dolaşır. Lakin hadisədən sonra
ABU-nun mühafizəsi gücləndirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib ki, Neft Akademiyasındakı faciədən sonra analoji fakt qeydə alınmayıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları təhlükəsizliyə tam nəzarət edir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829