Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Kürdəmirdə oğul atasını qətlə yetirib

  Sayta qoyulub: 11:21 25.08.2010 (296 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə oğul atasını qətlə yetirib

Kürdəmir rayonunda oğul atasını qətlə yetirib. Bu barədə Baş Prokurorluq rəsmi məlumat yayıb. Məlumata görə, hadisə avqustun 25-də saat 00:10 radələrində Kürdəmir rayonunun Muradxan kəndində baş verib.

Kənd sakini, 33 yaşlı əvvəllər məhkum olunmuş Abdullayev Ruslan İnqilab oğlu yaşadığı evin qarşısında ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı atası – 71 yaşlı, əvvəllər məhkum olunmuş Abdullayev İnqilab Abdulla oğlunu mətbəx bıçağı ilə kürək nahiyəsindən bir zərbə vuraraq qəsdən öldürüb.

Rayon Polis şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə foto çəkilişlər aparılmaqla baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İ.Abdullayevin meyiti daxili müayinə aparılması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Kürdəmir rayon şöbəsinə göndərilib.

Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən R.Abdullayev saat 06:00 radələrində tutulub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə)maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829