Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : İsa Qəmbərin müavininin oğluna prezident tərəfindən təqaüd verilib

  Sayta qoyulub: 11:14 06.05.2009 (1746 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İsa Qəmbərin müavininin oğluna prezident tərəfindən təqaüd verilib

Dünən prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alınıb ki, musiqi sahəsində xüsusi istedadı olan bir sıra gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsün.

Təltif olunanlar arasında Müsavat başqanının müavini Qabil Hüseynlinin oğlu Toğrul Hüseynli də var. Məlumat üçün bildirək ki, T.Hüseynli Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdidir və fortopiano da çox gözəl ifa edir.

Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Qabil Hüseynli bu addımı müsbət qiymətləndirdiyini deyib: «Bunu mədəniyyət sahasinə ədalətli yanaşmanın təzahürü hesab edirəm. Açığı, belə bir şey gözləmirdik. Kiməsə də müraciətimiz olmamışdı. Amma bu məsələyə obektiv yanaşılması məni prezidentin bu məsələlərə obyektiv yanaşmasına bir daha inandırdı və onun istedadlı uşaqlara qayğı göstərməsi qənaətinə gətirdi. Bu münasibətlə ailəmiz adından prezidentə təşəkkürümü də çatdırmaq istəyirəm».

MİA-ya daxil olan məlumata görə, Qabil Hüseynlinin oğlunun adı bir neçə dəfə Prezident Administarsiyasına göndərilən siyahılarda olub. Amma Müsavat Partiyasının başqan müavininin oğlu olduğu üçün onun adı siyahıdan çıxarılıb. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, Azərbaycanda olan əcnəbi bəstəkarlardan biri Toğrul Hüseynlini dinləyibmiş və onun istedadlı olduğunu deyibmiş. Elə bu yaxınlarda keçirilən tədbirlərin birində iştirak edən həmin bəstəkar T.Hüseynli ilə maraqlanıb və onun istedadlı olduğunu, ona qayğı göstərməyin vacib olduğunu söyləyib. Bundan sonra T.Hüseynlinin dövlət tərəfindən mükafatlandırılması barədə qərar verilib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829